Slimfit
  1. SİYASƏT

Moldovadakı Azərbaycan icmasının lideri Rusiyada mükafatlandırılıb

Moldovadakı Azərbaycan icmasının lideri Rusiyada mükafatlandırılıb
Sakura

Moldovadakı Azərbaycan icmasının lideri Rusiyada mükafatlandırılıb

“LUKOIL-Moldova” şirkətinin baş direktoru, Moldovadakı Azərbaycan icmasının lideri Feyruz İsayev Rusiya Federasiyasının “Dostluq ordeni” dövlət mükafatına layiq görülüb.

Ens.az “Report”-a istinadən xəbər verir ki, o, neft və qaz sənayesinin inkişafındakı böyük töhfələrinə və uzun illər vicdanla çalışmasına görə mükafatlandırılıb.

Qeyd edək ki, F.İsayev Moldovanın ən hörmətli və uğurlu iş adamlarından biridir. O həmçinin Moldovada Azərbaycan diasporunun inkişafına da böyük töhfə verib.

F.İsayev 1997-ci ildən neft məhsulları bazarında, 2001-ci ildən isə “LUKOIL-Moldova” şirkətində çalışır, 2005-ci ildən bəri şirkətin baş direktorudur. Mükafatları arasında Moldova Respublikasının Əmək Şöhrəti Ordeni (2007) və Moldova Respublikasının Fəxri Ordeni (2012) var.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR