Dərc edildi: Baxış sayı: 557
Moldovada daha 60 nəfər COVID-19-a yoluxub
Moldovada koronavirusa yoluxanların sayı artıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, son sutka ərzində 60 nəfərdə koronavirus infeksiyası aşkar edilib. Bununla da, ölkədə virusa yoluxanları sayı 4 927-yə çatıb.
Müalicə alan 1 958 xəstə sağalsa da, 196 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Martın 17-də ölkə parlamenti 60 gün ərzində qüvvədə olacaq xüsusi karantin rejiminin tətbiq edilməsi barədə qərar qəbul edib.
Bundan başqa, əcnəbi aviaşirkətlər tərəfindən uçuşlar müvəqqəti olaraq dayandırılıb və ölkənin quru sərhədləri bağlanıb. Kütləvi mədəni və dini tədbirlər qadağan edilib, təhsil müəssisələrində dərslər dayandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət