Slimfit
  1. SİYASƏT

Moldova XİN Azərbaycana dəstək bəyanatı yaydı

Moldova XİN Azərbaycana dəstək bəyanatı yaydı
Sakura

Moldova XİN Azərbaycana dəstək bəyanatı yaydı

Moldova Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əlaqədar bəyanat yayıb.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bəyanat Moldova XİN-in rəsmi saytında dərc edilib.

Moldova XİN həlak olanların ailələrinə başsağlığı verib və tərəfləri güc tətbiq etməkdən çəkinməyə, vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün səyləri davam etdirməyə və beynəlxalq hüququn prinsip və normalarına hörmət əsasında uzunmüddətli siyasi həll yolu tapmağa çağırıb.

“Moldova Respublikası münaqişənin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə həll edilməsinin tərəfdarıdır”, - bəyanatda bildirilib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR