Slimfit
  1. DÜNYA

Moldova Rusiya səfirliyinin yandırılması cəhdi ilə bağlı araşdırma aparacaq

Moldova Rusiya səfirliyinin yandırılması cəhdi ilə bağlı araşdırma aparacaq
Sakura

Moldova Rusiya səfirliyinin yandırılması cəhdi ilə bağlı araşdırma aparacaq

Moldova Daxili İşlər Nazirliyi martın 17-də Rusiyanın Kişinyovdakı səfirliyinin yandırılması cəhdi ilə bağlı araşdırma aparacaq.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Adrian Efros ZDG informasiya portalına müsahibəsində deyib.

"Yəqin ki, bu hadisə kortəbii deyil, planlı olub. Biz araşdırma aparırıq və təfərrüatları daha sonra təqdim edəcəyik", - Efros bildirib.

Qeyd edək ki, hadisə Rusiyada prezident seçkiləri üçün seçki məntəqəsinin açıldığı səfirlikdə səsvermə zamanı baş verib.

Diplomatik missiyanın əməkdaşlarından, eləcə də səsvermədə iştirak etməyə gələnlərdən heç kim xəsarət almayıb.

Polis müfəttişliyi daha əvvəl şübhəlinin şəxsiyyətinin müəyyən edildiyini açıqlayıb. Bu, 54 yaşlı Moldova vətəndaşıdır, o, hadisə yerində saxlanılıb. Məhkəmə onun 20 sutka müddətinə həbs edilməsi barədə qərar çıxarıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR