Moldova prezidenti trolleybus sürücüsünə medal verdi
Moldova prezidenti İqor Dodon trolleyvbus sürücüsü Vasile Sekrieri “Vətəndaşlıq xidmətlərinə görə"medalı ilə təltif edib. “Qafqazinfo”nun “MİR 24”ə istinadən məlumatına görə, mükafatlandırılan sürücü ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı trolleybusu yaxınlıqdakı dayacanaqdan kənara sürüb və bununla da qurbanların sayının artmasının qarşısını alıb.
“Vasile Sekrierə göstərdiyi peşəkarlıq, sücaət və vətədaş məsuliyyətinə görə minnətdarlığımı bildirdim. Hesab edirəm ki, bu cür addımlar dövlətin ən yüksək qiymətinə layiqdir, buna görə də mən cənab Sekrierə “Meritul Civic” medalını verdim və ona tezliklə sağalmasını arzuladım”, - Dodon Feybsuk hesabında yazıb.
Qeyd edək ki, sözügedən qəza bazar ertəsi Kişinyov şəhərində baş verib. Yüksək sürətlə hərəkət edən “Porsche” markalı avtomobil trolleybusa çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Faktla bağlı cinayət işinə başlanılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət