Slimfit
  1. AZƏRBAYCAN

Modul Elektrik Stansiyalarında təmir başlayıb

Modul Elektrik Stansiyalarında təmir başlayıb
Sakura

Modul Elektrik Stansiyalarında təmir başlayıb

Ötən ilin iyul ayının 3-də elektrik enerji sistemində yaranan böhranın aradan qaldırılması üçün hazırlanan “Reabilitasiya Planı” çərçivəsində artıq bir həftədir ki, “Səngəçal”, “Xaçmaz”, “Şahdağ”, “Bakı”, “Astara” və “Şəki” modul tipli elektrik stansiyalarında mühərriklərin təmir-bərpa işlərinə start verilib.

Qafqazinfo” xəbər verir ki, təmir-bərpa işlərinin aparılması üçün “Wartsila” şirkəti ilə bağlanan müqaviləyə əsasən ilk partiya avadanlıq və ehtiyat hissələri stansiyalara gətirilib və quraşdırılmaqdadır. Növbəti partiya avadanlıq və ehtiyat hissələrinin aprel ayına qədər gətirilməsi və ilin sonuna qədər işlərin yekunlaşdırılması planlaşdırılıb.

Qeyd edək ki, təmirə qədər mühərriklər aşağı güclə və fasilələrlə işləyirdisə, təmirdən sonra qoyuluş gücünə yaxın və daha dayanıqlı işləyəcək. Başqa sözlə “Səngəçal” ES-də mühərriklərin hər biri təmirə qədər 14 MVt güclə işlədiyi halda, təmirdən sonra 16 MVt-a çatdırılması nəzərdə tutulub. “Xaçmaz”, “Şahdağ”, “Bakı”, “Astara” və “Şəki” ES-lərdə isə mühərriklərin hər birinin gücü orta hesabla 5,5 MVt-dan 8,1 MVt-ya çatdırılacaq. Nəticədə 200 MVt-dan artıq itirilmiş güc bərpa olunacaq

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR