Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Mobil telefonlar ölümcül virusun mənbəyidir

Mobil telefonlar ölümcül virusun mənbəyidir
Sakura

Mobil telefonlar ölümcül virusun mənbəyidir

Koronavirus, qrip və soyuqdəymə hissəciklərinin ən çox toplandığı əşyalardan biri telefonlardr.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ingilis tədqiqatçılar məlumat yayıb. Bildirilib ki, əlimizdən düşməyən mobil telefonlar koronavirus infeksiyasının mənbəyi siyahısına başçılıq edə bilər. Sauthempton Universitetinin professoru Uilyam Kivilin sözlərinə görə, istədiyiniz qədər əllərinizi yuya bilərsiniz, ancaq bundan sonra smartfonun ekranına toxunmaq infeksiyaların yenidən dərinizə nüfuz etməsinə səbəb olur. Xüsusilə burnunuza və ya ağzınıza toxunsanız, infeksiya riski artacaq.

Ətrafınızda xəstə insanlar öskürəndə və ya asqıranda COVID-19, qrip və ya adi soyuqdəymənin viral hissəcikləri olan tüpürcək damcıları müxtəlif səthlərə yayılır. Həkimlər xəbərdarlıq edir ki, bu viruslar yayıldığı səthlər üzərində "hərəkət edir". Odur ki, əllərinizi yuyub yenidən telefondan istifadə etsəniz, bunun heç bir effekti olmayacaq.

Koronavirusun hər hansı qacetin səthində nə qədər yaşaya biləcəyi əslində açıq sualdır. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bunu müəyyənləşdirmək üçün elmi tədqiqat işlərinin aparılmadığını, eləcə də yeni tip virusun digər səthlərdə yaşaması haqqında konkret məlumatlar olmadığını vurğulayıb.

Yoluxucu xəstəlik mütəxəssisləri bildirib ki, virusdan qorunmaq üçün sadəcə əlləri yumaq təsirli deyil, smartfonları da təmizləmək eyni dərəcədə vacibdir. Antiseptiklər bu baxımdan faydasızdır. Alkoqol əsaslı salfetlər və gellərdən istifadə etmək daha etibarlıdır. Bu yolla qacetlərə yığılan zərərli hissəciklər mexaniki olaraq silinəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR