Slimfit
  1. GÜNDƏM

Mobil operator 5G və koronavirus əlaqəsini təkzib edir

Mobil operator 5G və koronavirus əlaqəsini təkzib edir
Sakura

Mobil operator 5G və koronavirus əlaqəsini təkzib edir

5G şəbəkələrinin insaın immunitetinə  zərərli təsirləri barədə elmi əsaslı bir dəlil yoxdur. Ens.az bildirir ki, bu, 5G şəbəkəsi  və koronavirusun əlaqəsi haqqında məlumatlar yayıldıqdan sonar Rusiyanın  MTS şirkətində tərəfindən yayılan açıqlamada vurğulanıb.

"Sosial şəbəkələrdə yayılan şayiələrə və spekulyasiyalara inanıb panikaya və qorxuya düşməməyə çağırırıq, habelə etibarlı, nüfuzlu mənbələrdən verilən məlumatlara inanmağı tövsiyə edirik" deyib MTS.

Operator nümayəndələrinin bildirdiyinə görə, mobil şəbəkələrin avadanlıqlarından sağlamlığa mümkün zərər barədə qorxuların əsaslı səbəbləri yoxdur. Rusiyada, mobil rabitə zolaqlarında elektromaqnit sahəsinə məruz qalmanın maksimal icazə verilən səviyyəsi 1 kv.metrə 10 mkW təşkil edir.

"Müqayisə üçün, bir çox inkişaf etmiş ölkələrdə, məsələn, Norveç və İsveçdə, norma on qat daha yüksəkdir, halbuki, əhali sağlamlığı və inkişaf səviyyəsinə görə bu ölkələr liderdir", - MTS vurğulayıb.

Qeyd edək ki, 5G şəbəkələrinin zərərli təsirləri barədə  sui-qəsd nəzəriyyəsi İngiltərədə geniş yayılıb. Belə ki, Konspiroloqlar 5G şəbəkələrini koronavirus pandemiyası ilə əlaqələndirirlər. Nəzəriyyənin tərəfdarları arasında, xüsusən Hollivud aktyoru Vudi Harrelson da var.

Rusiyada 5G və pandemiya mövzusuna daha az insan inanır. Ancaq sosial şəbəkələrdə panik şərhlər artıq burada da yayılmağa başlayıb. Eyni zamanda, narahatlıq 5G şəbəkələri ilə əhatə olunmayan bölgələrdə yaşayanlar tərəfindən ifadə olunur.

Mənbə: gazeta.spb.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR