Mobil əməliyyat sisteminin dəyişdirilmə səbəbləri bəlli olub
“PC Mag” nəşri istifadəçilərin bir əməliyyat sistemi ilə işləyən smartfonlarını başqa platformanın idarəetməsi altında işləyən qurğulara dəyişməsinin səbəbini müəyyənləşdirmək məqsədilə araşdırma aparıblar. Jurnalistlər tərəfindən 2500 nəfər arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, onların 54 faizi “Apple”, 27 faizi isə “Samsung” qurğusu işlədir.
AZƏRTAC “dailycomm.ru” saytına istinadla xəbər verir ki, əksər istifadəçilər (47 faiz) “Android” sistemindən imtina edərək “iOS” platformasına keçidi “Apple” şirkətinə məxsus əməliyyat sisteminin daha rahat və komfort iş sistemi ilə izah edib. Respondentlərin 30 faizi “iOS”dan “Android”ə keçidi, həmçinin eyni səbəblə əlaqələndirib.
Respondentlərin 29 faizi bildirib ki, istifadəçilər çox vaxt “iPhone” əvəzinə “Android” smartfonları ona görə satın alırlar ki, sonuncuların satış qiyməti daha ucuzdur.
Rəyi soruşulanların təxminən 24-25 faizi bildirib ki, yeni smartfon satın aldıqda daha yaxşı funksiyalara (kamera, dizayn və sairə) çıxış əldə etmək məqsədilə mobil əməliyyat sistemini dəyişdiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət