Mobil cihazların İMEİ nömrəsini dəyişdirən və ya surətini köçürənlər inzibati məsuliyyət daşıyacaq
Nazirlər Kabineti 28 dekabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsi, habelə İMEİ nömrələri MCQS-nin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət