Dərc edildi: Baxış sayı: 1170
MN: Sərhəddə vəziyyət gərgin olaraq qalır
Son dövrdə erməni təxribatları bu gün daha da intensivləşib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.
Nazirlik rəsmisi bildirib ki, qəfil hərbi əməliyyatlara başlanılıb:
"Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur".
O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət ələ keçirilib:
"Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət