Dərc edildi: Baxış sayı: 321
MN: Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması xəbəri yalandır
İyunun 20-si saat 00:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - nazirlikdən əlavə edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət