Slimfit
  1. CƏMİYYƏT

MN-in həbs edilən sabiq rəisindən yeni xəbər...

MN-in həbs edilən sabiq rəisindən yeni xəbər...
Sakura

MN-in həbs edilən sabiq rəisindən yeni xəbər...

Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyevin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.

Ens.az Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırılıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası sentyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, polkovniklər Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin, Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Onlar 2022-ci ilin əvvəlində həbs ediliblər. Polkovniklərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR