Dərc edildi: Baxış sayı: 547
MN: Ehtiyata buraxılmamış qazilərimizin dərman təminatını poliklinika və müalicə müəssisələri verir
“Hazırda Müdafiə Nazirliyində ehtiyata buraxılmamış qazilərimizin dərman təminatını poliklinika və müalicə müəssisələri verir”.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 2-ci Müalicə Korpusunun Tibbi Reabilitasiya bölməsində hərbi həkimlərin Vətən müharibəsi dövründə və işğaldan azad edilmiş ərazilərdə hazırkı fəaliyyəti ilə bağlı keçirilən brifinqdə Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev deyib.
O bildirib ki, tərxis olunanların isə bütün təminatını müraciət etdikləri xəstəxanalar təmin edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət