Slimfit
  1. İDMAN

MMA döyüşçüsü Nəriman Abbasovdan növbəti qələbə

MMA döyüşçüsü Nəriman Abbasovdan növbəti qələbə
Sakura

MMA döyüşçüsü Nəriman Abbasovdan növbəti qələbə

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. 

ATV.az xəbər verir ki, idmançımız “Fight Nights Global 90” çərçivəsinə qüvvəsini sınayıb.

"Qəbələ" klubunu təmsil edən 24 yaşlı idmançımız  ötən axşam Moskvada  keçirilən yarışda Rusiyalı Mixail Qoqitidze ilə üz-üzə gəlib.

Yüngül çəki dərəcəsində baş tutan döyüş Abbasovun texniki nokautla qələbəsi ilə başa çatıb. İdmançımız artıq ilk raundda rəqibini  məğlub edib.

Qeyd edək ki, bu Nəriman Abbasovun karyerasında 23-cü qələbə olub. İndiyədək 27 döyüş keçirən idmançımız yalnız dörd dəfə məğlubiyyətlə üzləşib. Nəriman bu turnir çərçivəsində isə 18-ci qələbəsini qazanıb. O, bu döyüşədək bu turnirin reytinqində IV yerdə idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR