Dərc edildi: Baxış sayı: 519
MMA döyüşçüsü Bakıda medal qazanmış ermənini belə nokauta saldı
Qazaxıstanlı MMA döyüşçüsü Casulan Akimcan oktyabrın 20-də Soçidə keçirilən “Gorilla Fighting Championship 19” turnirində Rusiya və Ermənistan idmançısı Miqran Harutyunyanı məğlub edib.
Döyüşün tam videosunu “Fightspace” “Youtube” kanalı yayıb.
Akimcan üçraundlu döyüşün sonunda beşinci dönüşdən topuq zərbəsi vurub. Harutyunyan zərbə qarşısında diz çöküb və hakim döyüşün sonuna işarə edib.
2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının və 2016-cı il Rio Olimpiadasının yunan-Roma güləşi üzrə gümüş mükafatçısı olan Miqran Harutyunyan üçün ilk məğlubiyyət MMA-da olub. Onun aktivində üç qələbəsi var. Akimcan isə karyerasında dörd qələbə, bir məğlubiyyət yaşayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət