Dərc edildi: Baxış sayı: 410
MM hökumətə vaxt verdi: 13 günə
Milli Məclis “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşdan qəbul edilib.
Axar.az xəbər verir ki, Milli Məclis plenar iclasda səsləndirilən təkliflərlə bağlı hökumətə noyabrın 26-na qədər vaxt verib.
Bu müddətdə hökumət parlamentdə səsləndirilən təklifləri nəzərdən keçirəcək.
Büdcə müzakirəsi noyabrın 26-da davam edəcək.
Qeyd edək ki, dünən Milli Məclisdə başlayan büdcə müzakirələri zamanı deputatlar bir sıra təkliflər səsləndirib. Millət vəkilləri 2023-cü ilə qədər müdafiə xərclərinin azaldılmasına etiraz edib, siyasi partiyalara, QHT-lərə və KİV-lərə də ayrılan vəsaitin artırılmasını və.s təkliflər ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət