Dərc edildi: Baxış sayı: 686
MKİ şefi Talibanla danışıqlar aparıbmı? - Ağ Ev
Ağ Ev sözçüsü Cen Psaki Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin Talibanla danışıqlar aparıb-aparmadığını şərh etməkdən imtina edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, Psaki jurnalistlərin MKİ-nin Talibanla danışıqlar aparması ilə bağlı ünvanlanan suala cavabında MKİ ilə əlaqə saxlamağı məsləhət görüb.
Qeyd edək ki, daha öncə MKİ direktoru Uilyam Bernsin Kabildə Taliban siyasi qanadının lideri Əbdül Qəni Bəradərlə gizli görüş keçirdiyi barədə məlumat yayılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət