Slimfit
  1. MARAQLI

MKİ-nin psixoloqu 11 sentyabr ücumunun günahkarını oğlunun boğazını kəsməklə hədələyirmiş

MKİ-nin psixoloqu 11 sentyabr ücumunun günahkarını oğlunun boğazını kəsməklə hədələyirmiş
Sakura

Mərkəzi Kəşfiyyat iİdarəsinin əməkdaşı 11 sentyabr hücumunun günahkarını oğlunun boğazını kəsməklə hədələyirmiş

Ens.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş psixoloqu Jeyms Miçel (James Mitchell) 11 sentyabr hücumlarında əsas müttəhimin oğlu Xalid Şeyx Məhəmmədin ABŞ-a daha bir hücum olacağı təqdirdə boğazını kəsməklə hədələdiyini söyləyib. Bu barədə "Los Angeles" Times qəzeti xəbər verir.

Psixoloq təqsirləndirilən şəxsi oğlunun boğazını kəsməklə hədələyib və bunu onunla əsaslandırmağa çalışırmış ki, Məhəmməd yeni planlaşdırılan hücumların aşkarlanmasına yönəlmiş sorğular zamanı gülümsəyirmiş.

Miçel belə bir hədənin səhv qərar olduğunu, ancaq Məhəmmədə bunu eşitdirmək istədiyini bildirib. Psixoloq Pakistanda həbs edilən, oradan Əfqanıstana daha sonra isə istintaq aparıldığı yerə - Polşadakı gizli həbsxanaya gətirildikdən sonra əsas şübhəliyə bu sözləri deyib. Ekspert gərgin keçən sorğunun 2003-cü il martın 7-dən 25-dək davam etdiyini deyib. Məhəmmədə su şırnağı ilə işgəncə verilir, divara çırpılır, şılpaq soyundurularaq gur işıq və yüksək səs şəraitində saxlanılırmış.

Hərbi trinunalda dindirmələr zamanı Miçel deyib ki, bunu yenə də edərdi.

Qeyd olunur ki, Məhəmmədin iki oğlu 2002-ci ildə Pakistanda saxlanılıb, həmin vaxt onların 7 və 9 yaşları olub. Onların hazırda anaları ilə birlikdə İranda yaşadıqları güman olunur.

Bundan əvvəl Ceyms Miçel Amerikanın Quantanamo həbsxanasındakı işgəncələrin də təfərrüatlarını danışmışdı. Onun sözlərinə görə, 2001-ci il sentyabrın 11-də baş vermiş terror hadisəsi ilə bağlı dindirilmələr zamanı ABŞ hərbçiləri işgəncələrə əl atırdılar. Əsirlərə su ilə işgəncə verir, divarlara çırpıb onları bəzən böcəklərlə dolu kiçik qutulara yerləşdirirdilər.

Ötən ilin iyul ayında Xalid Şeyx Məhəmməd istintaqla işbirliyinə razı olduğunu bildirmiş və Səudiyyə Ərəbistanına qarşı məhkəmədə terror hücumlarında ölənlərin ailələrinə kömək etməyə hazır olduğunu demişdi. Bunun müqabilində isə ABŞ hökumətindən onun üçün edam cəzasını istəmək planlarından imtina etməsini tələb etmişdi.

11 sentyabr 2001-ci ildə baş verən hücumlar nəticəsində ABŞ-da üç minə yaxın insan ölmüş, altı mindən çox insan yaralanmışdı. Əl-Qaidə terror təşkilatının üzvləri dörd sərnişin təyyarəsini ələ keçirərək Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin iki qülləsinə və Pentaqonun binasına hücum etmiş, başqa bir təyyarə Pensilvaniyadakı sahəyə düşmüşdü.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR