Slimfit
  1. GÜNDƏM

Mitinqdə insanları güllələyən erməni general Moskvada həbs olundu

Mitinqdə insanları güllələyən erməni general Moskvada həbs olundu
Sakura

Mitinqdə insanları güllələyən erməni general Moskvada həbs olundu

2008-ci il martın 1-də mitinqin dağıdılması zamanı baş vermiş qətl hadisələri ilə bağlı cinayət işində axtarışda olan Ermənistan İstintaq Komitəsi rəhbərinin keçmiş müavini, ədliyyə general-mayoru Vahaq Harutyunyan Moskvada tutulub. Bu barədə Rusiya mıtbuatına hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumata görə, xüsusi əməliyyat Ermənistanın hakimiyyət orqanlarının xahişi i ilə martın 14-də Moskvanın mərkəzində keçirilib. Tverskaya küçəsindəki polis əməkdaşları, Ermənistan Cinayət Məcəlləsinin 308 və 309-cu maddələri ("Sübutların saxtalaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə") ilə cinayət törətdiyinə görə federal axtarışda olan adı çəkilən şəxsi saxlayıblar. Onu Ermənistana ekstradisiya məsələsini həll etmək üçün Tver vilayətlərarası prokurorluğa aparıblar.

Ens.az bildirir ki, 2008-ci ildə Serj Sarkisyanın qalib gəldiyi prezident seçkilərindən sonra ölkənın ilk prezidenti Levon Ter-Petrosyanın tərəfdarları bir sıra etiraz aksiyaları təşkil etmişdilər. Küçə etirazçıları ilə hüquq-mühafizə orqanları arasında baş verən toqquşma nəticəsində səkkiz mülki şəxs və iki polis əməkdaşı öldürülmüş, daha 33 asayiş keşikçisi xəstəxanaya götürülmüşdü. Toqquşmalar nəticəsində ümumilikdə 230 nəfər tibbi yardım üçün müraciət etmişdi.

Xüsusi İstintaq Xidməti müəyyən edib ki, həmin vaxt İstintaq Komitəsi rəhbərinin müavini işləyən Vahaq Harutyunyan və ekspertlərdən biri hərbçilərin atılmış patronlarını polisin istifadə etdiyi patronlarla əvəz edib. Beləliklə, general və onunla əlbir olan ekspert öz hərəkətləri ilə etirazçıları dağıtmaq üçün silahdan istifadə edən Ermənistan Silahlı Qüvvələrinin etirazçıların dağıdılmasında iştirak etdiyini gizlətmişdi.

2008-ci il hadisələri səbəbiylə keçmiş prezident Robert Köçəryan hazırda istintaq nəzarətindədir . O, 1998-2008-ci illərdə ölkəyə rəhbərlik edib. İndi Koçaryan konstitusiya quruluşunu dəyişdirmək və maliyyə fırıldaqlarında ittiham olunur. İstintaqın məlumatına görə, Sarkisyan hakimiyyətə gələcək şəxs olduğu üçün, orduya etirazçıları dağıtmağı əmr edən də o olub.

 

Mənbə: lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR