MİT daha bir PKK liderini zərərsizləşdirdi
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı şəhərində həyata keçirdiyi növbəti əməliyyatla PKK terror təşkilatının pul dövriyyəsindən məsul olduğu iddia edilən lidelərindən “Viyan” kod adlı Remziye Altığı zərərsizləşdirib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, MİT apardığı araşdırmalar nəticəsində “Viyan” kod adlı terrorçu Remziye Altığın Suriyada yüksək rütbəli heyətdən aldığı təlimatlar əsasında fəaliyyət göstərdiyini müəyyən edib.
MİT-in təyin etdiyi xüsusi qrup tərəfindən yaxından təqib edilən terrorçu Altığ Qamışlıda həyata keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.
Həmçinin, terrorçu Altığın 2016-cı ildə Mersində PKK terror təşkilatının gənclik heyəti tərəfindən keçirilən nümayişləri təşkil etdiyi və təşkilatın əməliyyatlarının planlaşdırılmasında iştirak etdiyi müəyyən edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət