Dərc edildi: Baxış sayı: 404
Miskin Abdal - Qaldı (Bahar vaxtı yol başdadım Təbrizə)
Bahar vaxtı yol başdadım Təbrizə,
Günüm qaldı, ayım qaldı, il qaldı.
Öz elimdə mələkmisal gözəllər-
Yanax qaldı, dodax qaldı, tel qaldı.
Savah-savah yarpaqlara şeh düşür,
Gül bülbülnən, bülbül gülnən öpüşür.
Asimanda ulduzdarı sayrışır,
Tufan qaldı, şimşək qaldı, sel qaldı.
Bu güllərdən dəstələ, al əlinə,
Miskin Abdal, apar canan elinə.
İzin versə, düz yarının telinə,
Çəmən qaldı, çiçək qaldı, gül qaldı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət