Dərc edildi: Baxış sayı: 716
Miskin Abdal - İmdada çat, qadir Allah
Bu nə dərddi, nə bəladı,
Imdada çat, qadir Allah!
Yollarımı sellər aldı,
Imdada çat, qadir Allah!
Gözü yolda qalanım var,
Dərdə, qəmə dolanım var.
Çiçək kimi solanım var,
Imdada çat, qadir Allah!
Atam-anam yoxdu burda,
Gejə-gündüz ahu-zarda.
Abdal qaldı yaman darda,
Imdada çat, qadir Allah!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət