Dərc edildi: Baxış sayı: 663
Miskin Abdal - Ağrı dağı
Qüdrətdən yaradıf yaradan səni,
Məğrur dayanıfsan sən, Ağrı dağı.
Şöhrətin tutufdu cümlə cahanı,
Məftunam hüsnünə mən, Ağrı dağı.
Başında qış olar, ətəyində yay,
Təksən bu dünyada, yoxdu sana tay.
Qartallı qoynundan kəsməz, hay-haray,
Çəkilməz başınnan çən, Ağrı dağı.
Nuhun gəmisinnən bir xəvər söylə,
Karvana yetmirəm, sarvanı əylə.
Bu Miskin Abdala inayət eylə,
Danış bircə kəlmə, din, Ağrı dağı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət