Slimfit
  1. ƏDƏBİYYAT

Miskin Abdal - Ağlaram

Miskin Abdal - Ağlaram
Sakura

Miskin Abdal - Ağlaram

Dostum, mehribanım, yetiş imdada, 
Səndən qeyri yox imdadım, ağlaram,
Ah çəkib dağlara salaram səda,
Qohum gəlməz, gülər yadım, ağlaram.

Qəsdində zülfüqar bülbülə süvar, 
Məhzəri əcaib, bir adı Kərrar,
Müşkülə düşmüşəm, könlüm intizar,
Sən gəlməsən, ey ustadım, ağlaram.

Salma nəzərindən, salma, ilahim,
Dar gündə köməyim, püşkü pənahım,
Ərşə bülənd olub fəryadü ahım,
Abdaldı, Miskindi adım, ağlaram.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR