Slimfit
  1. MƏDƏNİYYƏT

Misirin “Nil mədəniyyət” telekanalında Azərbaycan haqqında geniş məlumat verilib

Misirin “Nil mədəniyyət” telekanalında Azərbaycan haqqında geniş məlumat verilib
Sakura

Misirin “Nil mədəniyyət” telekanalında Azərbaycan haqqında geniş məlumat verilib

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil mədəniyyət” dövlət televiziya kanalının “Mənim gecəm” proqramının qonağı olub.

AZƏRTAC xəbər verir ki, Seymur Nəsirov ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasındən və bütün dünya azərbaycanlılarının həmrəy olunması üçün apardığı nümunəvi siyasətindən söhbət açıb. O, hər il 31 dekabrın - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edildiyini söyləyib.

Sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Misirdə Azərbaycan diasporunun fəaliyyətlərindən söhbət açan tədqiqatçı-alim bu sahədə görülən işlərə toxunub. Bildirib ki, uzun illərdir Azərbaycan diasporu Misirdə iki ölkə arasında əlaqələrin inkişafında çoxlu uğurlara imza atıb.

Diaspora sədri Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən danışarkən, “Koroğlu” dastanında keçən Misri qılıncdan və ölkəmizdə çoxlu sayda ərəb mənşəli kəndlərin olmasından, hətta Azərbaycanda yeni doğulan uşaqlara Misir adının qoyulmasından danışıb və bu məlumatlar qarşı tərəfin marağına səbəb olub.

Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənəlirindən söhbət açıb. O, Azərbaycanın turizm potensiyalından geniş söhbət açarkən, son illərdə çoxlu sayda ərəblərin ölkəmizə səyahət etdiyini də bildirib.

Hazırda Qahirədəki diaspora mərkəzimizdə dünyanın 17 ölkəsindən olan 150-dən çox tələbəyə Azərbaycan dili başda olmaqla müxtəlif fənlər ödənişsiz tədris olunur. Birliyin sədri tədqiqatçı - alim Seymur Nəsirov bu fəaliyyətə 15 il öncə başladığını və bundan sonra da davam etdirməyə çalışacağını qeyd edib. O, bu kimi fəaliyyətlərin xalqlarımız arasında dostluq əlaqələrini daha da inkişaf etdirəcəyini bildirib.

45 dəqiqədən çox davam edən verilişin əvvəlində Azərbaycanın müasir görünüşünü əks etdirən videoçarx nümayiş olunub.

Qeyd edək ki, S.Nəsirov 20 ildən çoxdur ki, ərəb mənbələrində ölkəmizlə bağlı tədqiqat aparır və Qahirə Universitetində Azərbaycan dilini tədris edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR