Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Misirin Nahda Universitetində Azərbaycan dilinin tədrisi planlaşdırılır

Misirin Nahda Universitetində Azərbaycan dilinin tədrisi planlaşdırılır
Sakura

Misirin Nahda Universitetində Azərbaycan dilinin tədrisi planlaşdırılır

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Misir Ərəb Respublikasının Nahda Universitetinin rektoru Muhəmməd Husam əd-Din ilə görüşüb.

ADU-dan AzEdu.az-a bildirilib ki, görüşdə akademik K.Abdulla Azərbaycan-Misir münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. “Bizim universitetdə Koreya, Çin, Fransa və başqa ölkələrdən müəllimlər çalışırlar. Sizin universitetdən mütəxəssislər dəvət etmək istərdik. Bu, universitetlərimiz arasında daha sıx əlaqələrin yaranmasına səbəb olacaq. Eyni zamanda, bizim Misirdən tələbə qəbul etməyimiz gələcəkdə əhəmiyyətli proqrama çevrilə bilər”, - deyə K.Abdulla ADU ilə Nahda Universiteti arasında mövcud əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Muhəmməd Husam əd-Din K.Abdullanın “Yarımçıq əlyazma” romanının müxtəlif dillərə, o cümlədən ərəb dilinə tərcümə olunmuş böyük əsərlərdən biri olduğunu deyib: “Sizin ”Yarımçıq əlyazma” romanınızı böyük maraqla oxumuşam. Sevinirəm ki, bu əsəri ərəbdilli insanlar da oxuya biləcəklər. Bildiyiniz kimi, Nahda Universiteti ilə ADU arasında əməkdaşlıq müqaviləsi var. Mən bundan çox məmnunam. Bu əməkdaşlığın nəticəsi olaraq ADU-da oxuyan tələbələr bizim universitetdə təhsil ala bilərlər. Biz onlara hər bir şəraiti yaratmağa hazırıq”.

Nahda Universitetinin rektoru rəhbəri olduğu təhsil müəssisəsində Azərbaycan dilini tədris etməyi planlaşdırdıqlarını söyləyib: “Azərbaycan mənə doğma ölkədir, özümü burada heç vaxt yad hiss etməmişəm. Çünki Azərbaycanda əmin-amanlıq yüksək səviyyədədir. İnanıram ki, biz Azərbaycan dilini universitetimizdə müvəffəqiyyətlə tədris edə biləcəyik. Çünki bu dilin tədris edilməsi əlaqələr üçün çox vacibdir”.

Muhəmməd Husam əd-Din akademik K.Abdullanı Misirə dəvət edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR