Slimfit
  1. AZƏRBAYCAN

Misirin “Əxbar Əl-Yaum” qəzetində 31 mart soyqırımı ilə bağlı məqalə dərc olunub

Misirin “Əxbar Əl-Yaum” qəzetində 31 mart soyqırımı ilə bağlı məqalə dərc olunub
Sakura

Misirin “Əxbar Əl-Yaum” qəzetində 31 mart soyqırımı ilə bağlı məqalə dərc olunub

Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqaləsi bu ölkənin nüfuzlu “Əxbar Əl-Yaum” qəzetində dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Birinci Dünya müharibəsinin sonlarında baş vermiş hadisələrdən və Rusiyadakı bolşevik inqilabından yararlanan ermənilərin 1918-ci il martın 31-də Bakıda və digər şəhərlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı, İslam abidələrini və ibadət ocaqlarını yandırdıqları və şəhərləri viran qoyduqları barədə məlumatlar öz əksini tapıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra Nazirlər Kabineti tərəfindən xüsusi komissiya yaradıldığı, 1918-ci ilin mart ayında törədilmiş cinayətlərin araşdırıldığı, 1919-cu və 1920-ci illərdə 31 mart gününün ölkədə milli matəm günü qeyd olunduğu vurğulanır.

Səfir T.Rzayev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan Fərman əsasında 31 mart tarixinin soyqırımı günü elan olunması barədə məlumat verib.

Səfir məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib. Münaqişənin həlli ilə bağlı danışıqların 20 ildən çox davam etdiyini bildirən T.Rzayev Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyə görə sülh danışıqlarının müsbət nəticə vermədiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasının əsas səbəbini BMT TŞ tərəfindən qəbul edilmiş qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi ilə əlaqələndirib.

Asya Hacızadə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR