Slimfit
  1. TARİX

Misirdə qədim məbədin qalıqları tapılıb

Misirdə qədim məbədin qalıqları tapılıb
Sakura

Misirdə qədim məbədin qalıqları tapılıb

Misir yaxınlığındakı Gəlyubiyyə əyalətində yeni binanın tikintisi üçün aparılan qazıntı işləri zamanı inşaatçılar qədim məbədin qalıqlarını aşkar ediblər. Bu barədə Misirin “Əl Youm al Sabia” nəşri məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, tikinti yerinə dəvət olunan arxeoloqlar və ekspertlər məbədin Hor, İsida və Osiris tanrılarına aid olduğunu təxmin edirlər. Alimlərin fikrincə, yerin altında məbədin qalıqlarından əlavə, qədim şəhərin də olmasına böyük ehtimal var.

Qeyd olunur ki, yerin altında tapılmış məbədin divarlarının hissələrinin üstündə tanrıların təsvirləri və qədim Misir heroqlifləri var. Tapıntının hansı dövrə aid olduğu hələ müəyyənləşdirilməyib. Hazırda tikinti işləri dayandırılıb və arxeolojı qazıntılar aparılır.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR