Slimfit
  1. MARAQLI

Misirdə bina tikintisi zamanı müəmmalı olay

Misirdə bina tikintisi zamanı müəmmalı olay
Sakura

Bina tikintisi zamanı müəmmalı olay

Misirin İsgəndəriyyə şəhərinin "Al Karimli" adlandırılan ərazisində bina tikintisi üçün ayrılan ərazidə baş verən müəmmalı hadisələrin sirri açılıb.

Publika.az xəbər verir ki, ötən gün qazıntı işləri aparılarkən ərazi yaxınlığında dərin quyunun içərisindən nəhəng qranit tabut tapılıb. Bu, son dövrlərdə Misirdə tapılmış ən qeyri-adi tapıntıdır. Tabutu tapan şəxslər iddia edir ki, onun içərisində "İskəndərin, Kleopatranın və ya Ramzesin cəsədi var".

Tünd qara rəngli palçıqlı qranit tabutun üzərindəki müxtəlif möhürlər onun buraya gətirdildiyi və gizlədildiyinə dair fikirlər ortaya atır. Nəhəng qranit tabutun təxminən 2000 il əvvələ aid olduğu ehtimal edilir. Hava sızdırmayan sirli tabutun içərisində xəzinə, lənətlənmiş cəsədlər, hökmdarlara aid alət-ədavat və başqa əşyaların ola bilmə ehtimalları var.

Tabutun tapıldığı ərazidə aparılan tikinti işləri zamanı müxtəlif səbəblərdən insanların ölməsi, tikintilərin uçması hadisələrin sirli tərəflərini daha da vahiməli hala salır. Belə ki, Misirli arxeoloqların fikrincə, ərazidə heç kimin bilmədiyi gizli qəbirstanlıq ola bilər. İsgəndəriyyə şəhərinin qədimliyini nəzərə alsaq bəlkə də tabutun içərisindən çıxacaq detallar tarixin gizlinlərini aça bilər.

Qeyri-adi tabut araşdırma üçün Misirin Arxeologiya İnstitutuna aparılıb.

Könül

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR