Dərc edildi: Baxış sayı: 542
Misirdə Afrika Kubokuna start verilib
İyunun 22-də Misirdə Afrika Kubokuna start verilib.
AZƏRTAC xəbər verir ki, paytaxt Qahirədə yerləşən beynəlxalq stadionunda baş tutan çempionatın açılış mərasimində Misirin prezidenti Əbdülfəttah əs-Sisi də iştirak edib.
Açılış görüşdə A qrupunda yer alan Misir yığması Zimbabve millisi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi ilə yadda qalan görüş Misir seçməsinin qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi Trezeqe olub.
Qrupun digər oyunu iyulun 22-də Konqo və Uqanda milliləri arasında təşkil olunacaq.
Qeyd edək ki, turnirdə ilk dəfə olaraq 24 komanda iştirak edir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət