Slimfit
  1. DÜNYA

Misirdə 3700 illik hamilə qadın məzarı tapıldı

Misirdə 3700 illik hamilə qadın məzarı tapıldı
Sakura

Tədqiqatçıların fikrinə görə, dölün başaşağı durması ana və körpənin doğuş zamanı öldüyü ehtimalını…

“National Geographic”də yer alan xəbərə görə, Misir Tarixi Əsərlər Nazirliyi keçən həftə Asvan şəhəri yaxınlığında İtaliya – Amerika mütəxəssislərilə birgə aparılan arxeoloji qazıntı zamanı hamilə qadın skeleti və qarnında başaşağı dayanan dölün qalıqlarını aşkara çıxarıb. Bu vəziyyət qadının doğuşa az qalmış basdırıldığı anlamına gəlir. Araşdırmalara görə, 25 yaşında olduğu güman edilən skelet eramızdan əvvəl 1750 – 1550-ci illərə aiddir.

  Tədqiqatçıların fikrinə görə, dölün başaşağı durması ana və körpənin doğuş zamanı öldüyü ehtimalını yaradır.

  Florida Universitetinin professoru Sandra Uiler (Wheeler) mətbuata verdiyi açıqlamada bildirib:

  “O vaxtdan qalma hamilə qadın skeletinin qalması və tapılması çox nadir hadisədir. Bu, onu göstərir ki, bu gün olduğu kimi, çox qədim zamanlarda da hamilə qadın ölümləri olub. Amma yumşaq toxumalar olmadan, ancaq skeletə görə qadının ölüm səbəbini müəyyənləşdirmək qeyri-mümkündür. Amma ananın bilək skeletini yaradan sümüklərdə əyrilik olması onun travma aldığı və ya yetərsiz qidalandığı əlaməti sayıla bilər. Bu cür araşdırmalar bizə qadınların keçmiş həyatlarını və uşaqlı dövrlərini açmağa imkan verir".

  Qeyd edək ki, tədqiqatçıların bir qismi qadının biləyindəki əyriliyin səbəbini uğradığı bir qəza və səhiyyə problemləri də izah edir.  

 

Mənbə: Trt.net.tr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR