Misir prezidentlik müddətini 6 ilə qaldırır - Referendum
Misirdə Konstitusiyaya dəyişikliklərə dair referendum keçirilir.
Axar.az xəbər verir ki, bu barədə Misir televiziyası informasiya yayıb. Artıq Misir Prezidenti Əbdülfəttah Sisi səsvermə hüququndan istifadə edib.
Ölkədəki 14 min səsvermə məntəqəsinin təhlükəsizliyini polislə birlikdə Misir ordusu qoruyur. 61 milyondan çox vətəndaşın iştirak edəcəyi seçkilərdə səsvermədən yayınma hallarına görə cərimə tətbiq ediləcək. Səsvermə aprelin 22-nə qədər davam edəcək.
Qeyd edək ki, Misir parlamentinin qərarına əsasən, ölkədə prezidentin fəaliyyət müddəti 4 ildən 6 ilə qədər uzadılıb. Üstəlik, parlament Sisiyə 2 dəfədən çox prezident vəzifəsinə seçilmək imkanı da yaradıb. Parlamentin qəbul etdiyi dəyişikliklərin qüvvəyə minməsi üçün referendum keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət