Slimfit
  1. DÜNYA

Misir parlamenti ölkə prezidentinə əlavə səlahiyyətlər verib

Misir parlamenti ölkə prezidentinə əlavə səlahiyyətlər verib
Sakura

Misir parlamenti ölkənin fövqəladə hallar haqqında qanununa dəyişiklik edərək, dövlət başçısı Əbdülfəttah…

AZƏRTAC xəbər verir ki, qanuna edilən yeni dəyişiklik Misir Prezidentinə COVID-19 pandemiyası ilə əlaqədar zəruri addımların atılması səlahiyyəti verir. Belə ki, dövlət başçısı məktəblərdə və universitetlərdə təhsil prosesini, hökumət strukturlarının və özəl qurumların fəaliyyətini dayandıra, elektrik, qaz və suya olan kommunal ödənişləri təxirə sala bilər.

Qanuna edilən yeni dəyişiklik dövlət başçısına şəxsi və ictimai görüşlərin, nümayişlərin, məhkəmə proseslərinin, bayram şənliklərinin də qadağan edilməsi, xarici ölkələrdən gələn vətəndaşlara karantin rejimi tətbiqi, bəzi malların və məhsulların ixracının dayandırılması, ticarətin, nəqliyyatın fəaliyyətinin məhdudlaşdırılması səlahiyyəti də verir. Eyni zamanda, Prezident üç ay müddətinə bir sıra vergilərin ertələnməsi barədə də sərəncam verə bilər. Parlamentin yeni düzəlişində, həmçinin karantin xəstəxanalarının da birbaşa prezident administrasiyasının tabeliyinə verilməsi nəzərdə tutulur. Bundan başqa, ölkədə bioloji materiallarla bağlı bütün elmi və laboratoriya tədqiqatlarına ali icra orqanı nəzarət edəcək.

Oqtay Bayramov

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR