Slimfit
  1. DÜNYA

Mirzoyan Lukaşenkonun düşməni ilə görüşdü

Mirzoyan Lukaşenkonun düşməni ilə görüşdü
Sakura

Mirzoyan Lukaşenkonun düşməni ilə görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vilnüsdə Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya ilə görüşüb.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, görüşlə bağlı məlumat Ermənistan Xarici İşlər Nazirliyinin Telegram kanalında dərc olunub.

Məlumatda Mirzoyan iyunun 20-də Litvaya səfəri zamanı Tixanovskayada görüşdüyü qeyd olunub, lakin təfərrüatlar verilməyib.

Xatırladaq iyunun 13-də Ermənistanın baş naziri Nikol Paşinyan Aleksandr Lukaşenkonun prezident olduğu dövrdə Belarusa səfər etməkdən imtina edib. Bildirib ki, Lukaşenkonun prezidentliyi dövründə nə o, nə də başqa erməni rəsmi Minskə səfər etməyəcək.

Ermənistanın baş naziri Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarılmasını da tələb edib. O, belə bir reaksiyanın Minskin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi ilə bağlı olduğunu izah edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR