Dərc edildi: Baxış sayı: 534
Mirzəcan Mədətov - Tapılmaz
Çәkdiyim cәfadәn, cövrü bәladәn
Xәbәr verәn o dildarә tapılmaz.
Pәrişan halımı, ahü zarımı
Bir söylәyәn o qәmxarә tapılmaz.
Nә canda taqәt var, nә tәndә rahәt,
Qoymayır bu fәlәk olum fәraqәt.
Dәrd öldürür mәni saәtbәsaәt,
Bu dәrdlәrә mәgәr çarә tapılmaz?!
Yar orda ah çәkәr, mәn burda fәryad,
Kim var ki, eylәyә bizlәrә imdad,
Ya rәb, bu mәmlәkәt olaydı bәrbad,
Gәlәn ondan bu diyarә tapılmaz.
Yarın dәrdi çoxdur Mirzә canında,
Bir kimsә yox onun bәndüvanında,
Hәr kәsin sevgisi, yarı yanında,
Mәnim kimi heç avarә tapılmaz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət