Slimfit
  1. ƏDƏBİYYAT

Mirzəcan Mədətov - Olsun

Mirzəcan Mədətov - Olsun
Sakura

Mirzəcan Mədətov - Olsun

Bir belә әyyamda, böylә zamanda
Qәmgin könlüm necә munda şad olsun?
Munca zülmü sitәm, munca siyasәt
Bәs deyilmi, yar da mәndәn yad olsun?!

Nә bir qәmxar, nә bir dosti-yeganә
Tәmami-aşina oldu biganә,
Saldın axır, fәlәk, mәni zindanә,
Qoymadın qüssәdәn can azad olsun.
 
Olmasın o, qәmgin, mәn çәkim cәfa,
Unutmaq aşiqi görmәsin rәva,
Gәlmәsә, deyәrlәr ona bivәfa,
İstәrәm özünә yaxşı ad olsun.
 
Külli-alәm düşmәn olub canıma,
Tapıb fürsәt düşmәn batıb qanıma,
Deyin, dostlar, yarım gәlsin yanıma,
Bәlkә görmәk ilә bir imdad olsun!
 
Fәlәyin әdli yox, dünyada divan,
Dәxi gәlmәz hәyatıma bir güman,
Bәndә düşüb nahaq yerә Mirzәcan,
Sәbәbkarın evi qoy abad olsun!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR