Dərc edildi: Baxış sayı: 668
Mirzə Şəfi Vazeh - Xoş olsun ol könül, eşqə məkandır
Xoş olsun ol könül, eşqə məkandır,
Var olsun ol fikir, eşqə həyandır.
Susuz çeşməyə bənzər ol ürək kim,
Nə eşqin dərdini, nə qəm duyandır.
Bax, öyrən gör necə pərvanə, bülbül
Olublar eşq şeydası zamandır.
Məhəbbət əhlinə bu kafidir kim,
Öz eşqiylə o, rüsvayi-cahandır.
Məhəbbət mürği cövlan etsə harda,
O eşq ovlar, xəbərdar ol, amandır.
İki dünyanı verrəm sən baxanda,
Mənə eşqin bu sövdası əyandır.
Necə, Vazeh, əsiri olmayım mən
Bu eşqin qarşısında Qaf yalandır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət