Dərc edildi: Baxış sayı: 780
Mirzə Rəhim Fəna - Nə məlamət əsər etmiş görəsən dildarə
Nə məlamət əsər etmiş görəsən dildarə
Ki, cəkib yardan əl, uydu yenə əğyarə?
Hansı məşuqə deyir aşiqinə, eşqi unut?
Hansı tacirdi rəvac istəmədi bazarə?
Bivəfa yari-cəfakarım urub səngi-cəfa,
Şişeyi-xatiri məhzunum olub sədparə.
Məni aşufta edən qeyrilə yar olmağıdır,
Cövri-hicrilə könül gəlməz idi zinharə.
Nə bileydim ki, səri-zülfi giriftarı olub,
Qalar axırda qara günlü könül avarə.
Ey könül, səbr elə kim, xameyi-təqdir yazıb,
Yar ola qisməti-əğyar, yetə gül xarə.
Bülbüli-zarə deyin, kecdi sənin əyyamın,
Vəqt odur kim, tapa yol zağu zəğən gülzarə.
Gülşəni-eşq xəzan buldu, Fəna oldu xəmuş,
Bir də indən belə haşa ki, gələ göftarə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət