Mirzə Məhəmməd Katib - Vücudun olmasa, hec olmasın bahar, ey dust
Vücudun olmasa, hec olmasın bahar, ey dust,
Üzündən ayrı nədir seyri-laləzar, ey dust?
Məqami-eyşdə tut bir əyaq ilə əlimi,
Məni əyağə salıbdır bu ruzigar, ey dust.
Bu şuri-eşqdə dovri-muxalifi-gərdun
Nə edəcək mənə, lutfun ola həsar, ey dust?
O tari-zulfə, aman, urma şanə, tarıya bax,
Ki, könlüm aşiyanəsidir, etmə tarmar, ey dust.
Əgər o qaşlarını əyri tiğə oxşatsam,
Görüm, məni kəsə hər ləhzə zülfüqar, ey dust.
Öləm, mənimlə gedər qəbrə atəşi-eşqin,
Rəqiblə gəzəsən, od tutar məzar, ey dust.
Bu qəddu-qamət ilə bağa gər xuram edəsən
Ki, payi-bəndin olu sərvi-cuybar, ey dust.
Məni cevir başına, öldürüb xilas eylə,
Bu həsrət ilə qoyma intizar, ey dust.
Şəbani-hicrdə Katib nə qədər intizar cəkib,
Nə vəqtədək olacaq ceşmi əşkbar, ey dust?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət