Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Məhəmməd Katib - Gözlərin

Mirzə Məhəmməd Katib - Gözlərin
Sakura

Mirzə Məhəmməd Katib - Gözlərin

Səhər-səhər durub qıya baxanda,
Düşgünüyəm mən o ala gözlərin.
Badə nə lazımdı, sevdiyim, mənə,
Məst eyləyib o piyalə gözlərin.
 
Qəmzeyi-cəlladın nə xunxar imiş,
Canım alan, bəlli, sitəmkar imiş,
Bu zalımda nə fitnələr var imiş!
Salar məni haldan-hala gözlərin.

Sən gozəlsən, bədrlənmiş ay kimi,
Mən aşiqəm, goz yaşım var cay kimi,
Əyilmişəm qaşın kimi, yay kimi,
Qəddimi dondərib dala gözlərin.

Zülfün aldı bu şikəstə konlumu,
Eylədi tarına bəstə konlumu,
Mən istəməm dəxi xəstə konlumu,
İndi nə var məndə ala gözlərin?

Hər zaman cəkərəm yuz min ahu zar,
Nə rəhmin var cana, nə murvətin var.
Katib olub hicrində zaru əfkar,
Nə rəvadır gozdən sala gozlərin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR