Dərc edildi: Baxış sayı: 566
Mirzə Mehdi Şükuhi -Yenə, ey gözləri məftun, sənə məftunəm mən
Yenə, ey gözləri məftun, sənə məftunəm mən,
Zarü məhzunü digərgunü ciyərxünəm mən.
Nola bir lütf ilə dindir məni, xoşnud eylə,
Gərçi düşnam ilə, səndən yenə məmnunəm mən.
Rəsmdir şəqqeyi-zənciri qırar divanə,
Vermişəm zülfünə dil, gör necə Məcnunəm mən.
İstərəm çox səni, canımdan əziz canın üçün,
And içəm canuva nahəq yerə, məlunəm mən.
Busəyi-lütf qılıb, aldın əvəz can nəqdin,
Ala öz busəvi, ver canımı, məğbunəm mən.
Gözümün yaşı kimi tökmə əyağə meyi-nab,
Saqican, təşneyi-ləli-ləbi meygunəm mən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət