Slimfit
  1. BİOQRAFİYA

Mirzə İsmayıl Qasir

Mirzə İsmayıl Qasir
Sakura

Mirzə İsmayıl Qasir — XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi

Mirzə İsmayıl Qasir — XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi.

Mirzə İsmayıl Qasir (Mirzə İsmayıl Səlim oğlu Axundov) 1805-ci ildə Şamaxı qəzasının (indiki Ağdaş rayonunun) Ləki kəndində anadan olub. İlk təhsilinədə elə Ləkidə mədrəsədə yiyələnib. Yetkinlik yaşında Mirzə İsmayıl doğma kəndini tərk eləyir və o zamandan ömrünün axırına qədər Lənkəranda yaşayır. Mirzə İsmayıl Qasirin ədəbi yaradıcılığı demək olar Lənkaranda yaşadığı dövrə təsadüf eləyir.19-cu əsrin 40-50-ci illərində Azərbaycanda şairlərin əsas məsləhət,müzakirə və mübahisə yeri ədəbi məclislər idi. Mirzə İsmayıl Qasirdə təxminən 19-cu əsrin 40-50-ci illərinin ortalarında Lənkəran şəhərində belə bir məclis qurmuşdu. Məclisin adı "Fövcül-füsəha" adlanırdı. "Fövcül-füsəha"nın mənası "gözəl danışanlar dəstəsi" deməkdir. Mənbələrdə deyildiyinə görə bu yığıncaqlarda müxtəlif peşə sahibləri iştirak edirdilər. "Fövcül-füsəha" məclisinin əsas üzvləri Lənkaranlı Molla Ələkbər Aciz, Mirzə İsa Xəyali, Hüseynqulu Şuriş və başqaları olmuşlar. Bu məclisdə Mirzə İsmayıl Qasirin başçılığı ilə klassiklərin əsərləri mütailə olunur, şerlərinə nəzirə yazır, ədəbi-fəlsəfi mübahisələr aparırdılar. Mirzə İsmayıl Qasirin yaradıcılığında qəzəllər və şifahi xalq poeziyası üslubunda şerlərədə rast gəlmək olar. Mirzə İsmayıl Qasirin yaradıcılığından bizə gəlib catan əsərləri 1988-ci ildə kitab şəklində "Yazıçı" nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Ağdaş Tarix-Diyarşünaslıq Muzeyində Mirzə İsmayıl Qasirə xüsusi bölmə ayrılmışdır. Həmçinin, Lənkəran şəhərinin diyarşünaslıq muzeyində Mirzə İsmayıl Qasirin büstü vardır.

Mirzə İsmayıl Qasir Lənkəranın Sütəmuradov kəndində 95 yaşında vəfat etmişdir.

Bir mənbənin Mirzə İsmayıl Qasir haqqında yazdıqlarından

Mirzə İsmayıl Qasirin babası Molla Mülkümxan 1750-60-cı illərdə Araz çayı kənarından Ağdaşın Ləki kəndinə köçmüş və həmişəlik burada yaşamışdır. Qasirin atası Molla Səlim Sabirabad, Saatlı rayonları ərazisində 1912-ci ilədək məktəbdarlıq etmişdir. Mirzə İsmayıl Molla Səlim oğlu Axundov (Qasir) 1805-ci ildə Ləki kəndində ruhani ailəsində anadan olmuşdur. Qasirin nəvələrinin və böyük qızı Məşədi Humranın məlumatlarına görə Molla Səlimin yeddi qızı, bir oğlu olmuşdur. Qasir sonralar Şamaxıda bacısıgilə gəlmiş həmin ildən də mollaxanaya daxil olmuşdur. Seyid Əzim Şirvaninin müasiri və yaxın dostu olub. S.Ə.Şirvaninin Qasir barəsindəki aşağıdakı misralarıda bunu sübut edir:

Sən mənim köhnə rəfiqimsən ayə, İsmayıl
Seyyidin canı gərəkdir sənə qurban, Qasir

Qasir 12-13 yaşlarında Cənubi Azərbaycanın Əhər qəsəbəsində yaşayan bacısıgilə getmiş və təhsilini davam etdirmişdir. 4 il burada oxuduqdan sonra Təbrizə getmiş ərəb və fars dillərini, ədəbiyyat və fəlsəfəni mənimsəmişdir. Onun ədəbi fəaliyyətə başlaması da bu dövrə təsadüf edir. Qasir həm də rus dilini və rus ədəbiyyatını öyrənməyə maraq göstərmişdir. 1840-cı ildə Qaradonlu (indiki İmişli rayonu) Sərhəd İdarəsində tərcüməçi vəzifəsinə təyin olunmuşdur. İş yerinə piyada gedərkən sərhəd boyunda İran şahı vəzirinin çadırına rast gəlir. Vəzirlə şahmat oynayır, onu mat edir. Buna görə də vəzir Qasirə Səmənd rəngli at bağışlayır. Özündən sonra zəngin bədii yaradıcılq irsi qoymuşdur.

Qasir şeirlərində təşbih, istiarə, mübaliğə, təzad, təkrir, kinayə, bədii sual, atalar sözləri və zərbi məsəllər kimi ədəbi-bədii fiqurlar işlətmiş, əsərlərinin forma, məzmun və şəkil xüsusiyyətləri onlarda ifadə olunan əhval-ruhiyyəyə uyğun olaraq həzəc, rəməl, xəfif, müzare, mürtəc, rəcəz, təqarib və s. bəhrlərdə yazılmışdır.

 

Qəzəlləri

 

Mərsiyə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR