Dərc edildi: Baxış sayı: 742
Mirzə Həsən Yüzbaşov-Qarabaği - Sən, ağa, bizlər ucun ruhi-rəvansan, getmə
Sən, ağa, bizlər ucun ruhi-rəvansan, getmə,
Nə həmin bizlər ucun, aləmə cansan, getmə.
Sənsiz aram nə mumkundu tapılsın bizdə,
Sən bizə quti-rəvan, tabu tavansan, getmə.
Bu yəqinimdi ki, aləm olu viran sənsiz,
Dolanım başına, sən cani-cəhansan, getmə.
Arizum oldu ki, cox omr edəsən aləmdə,
"Məhfili-uns"də sən virdi-zəbansan, getmə.
Biz səninlə edirik aləm ara fəxr həmin,
Sən bizim izzətimiz, fəxri-zəmansan, getmə.
Səndən ancaq yetişir qəlbimizə zövqü səfa,
Sən səfabəxşi-dili-piru cəvansan, getmə.
Vird edir şamu səba sidq ilə bu şeri Həsən,
Fuqəra əhli ucun darul-əmansan, getmə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət