Dərc edildi: Baxış sayı: 634
Mirzə Həsən Yüzbaşov-Qarabaği - İtmişdi dili-qəmzədə viranələr icrə
İtmişdi dili-qəmzədə viranələr icrə,
Səd şukr ki, tapdım onu meyxanələr icrə.
Yarəb, yenə əl silsileyi-zulfə kim urdu,
Aşub düşübdür yenə divanələr icrə?!
Tari-səri-zulfünmüdü kim, şanə üzübdür,
Ya rişteyi-candır dolaşıb şanələr icrə?
Əfsaneyi-Fərhad ilə Qeys oldu fəramuş,
Yazıldı cu halım mənim əfsanələr icrə.
Zahid, səni tan, məni öz halına qöygil,
Gəzdirmə məni məscidu butxanələr icrə.
Coxdandı konul mail olubdur meyi-nabə,
Yar əksi duşub bəs ki, o peymanələr icrə.
Müddətdi Həsən xəstədi bu gülxəni-qəmdə,
Saqi, nolu cəksən onu məstanələr icrə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət