Slimfit
  1. BİOQRAFİYA

Mirzə Həsən Əlqədari

Mirzə Həsən Əlqədari
Sakura

Mirzə Həsən Əfəndi Əlqədari - Dağıstan tarixçisi, şair, maarifçi

Mirzə Həsən Əfəndi Əlqədari - (tam adı: Mirzə Həsən Hacı Abdulla oğlu Əfəndi Əlqədari; d.15 oktyabr 1834; Azərbaycan, Balakən - ö.12 sentyabr 1910; Dağıstan, Əlqədar ) — "Ziya" və "Əkinçi" qəzetinin Azərbaycan dilli müxbirlərindən biri, Dağıstan tarixçisi, şair, maarifçi

M.H.Əlqədari 1834-cü il oktyabrın 15-də (hicri qəməri təqviminin 1250-ci ilinin cəmadiyülaxir ayının 11-də) Balakəndə anadan olmuş, sonralar ailəsi ilə birlikdə Dağıstanın Əlqədar auluna köçmüşdür. Klassik müsəlman təhsili almış, ərəb, fars və türk dillərini mükəmməl öyrənmişdir. Milliyyətcə ləzgidir. Əsli Kürə mahalının Əlqədar kəndindən olduğu üçün nisbəsi Əlqədaridir. 1910-cu il sentyabrın 12-də Əlqədarda vəfat etmişdir. 2009-cu il sentyabrın 26-da Dağıstanın Süleyman Stalski rayonunun Əlqədar kəndində Mirzə Nəsən Əfəndinin muzeyi açılmışdır.

Həsənin atası Abdulla Qurbanəli oğlu Dağıstanın məşhur təriqət başçılarından biri olan Məhəmməd əl-Yaraqinin şagirdi və kürəkəni olmuş, ondan bir sıra elmləri mükəmməl öyrənmişdir. Həsən ana dili ilə yanaşı, ərəb dilini də bu dildə şeir yazmaq dərəcəsində mükəmməl öyrənmiş, “Məmnun” təxəllüsü ilə bir divanlıq şeir yazmışdır. Hələ kiçik yaşlarından Azərbaycan və fars dillərininin ədəbi dil qaydalarını bilməsi Həsənin layiqli vətəndaş kimi yetişməsində, həm Rusiyada, həm də türk dünyasında tanınmasında əhəmiyyətli rol oynamışdır.

Əlqədari "Məmnun" təxəllüsü ilə Azərbaycan və ərəb dillərində şeirlər də yazmış, Dövlət idarələrində işləmiş, 12 ildən çox Cənubi Tabasaranın naibi olmuşdur. Həyatının son iyirmi ilini pedaqoji işə həsr etmişdir. 1903-cü ildə Bakıda çap olunan "Asari-Dağıstan" əsəri Əlqədarini tarixçi-alim kimi tanıtmışdır. Dağıstan tarixindən bəhs edən bu əsər A.Bakıxanovun "Gülüstani-İrəm"indən istifadə yolu ilə Azərbaycan dilində yazılmışdır. Firudin bəy Köçərli "Azərbaycan ədəbiyyatı" kitabında Əlqədaridən Azərbaycan şairi kimi bəhs etmişdir. H.Zərdabi kimi digər Azərbaycan ziyalıları ilə dostluq əlaqələri saxlayan Əlqədari "Əkinçi" qəzetində şeir və məqalələr çap etdirmiş,"Molla Nəsrəddin" jurnalının ilk nömrələrini Dağıstana aparıb təbliğ etmişdir. XX əsr Azərbaycan mətbuatının "Şərqi-Rus" və "Molla Nəsrəddin" kimi nümunələrində də yazıları çıxırdı.

"Əkinçi" qəzeti

Əlqədarı “Əkinçi”nin ilk şairi olmuşdur: “Əkinçi”də şeirlə çıxış edən ilk müxbir məhz Mirzə Həsən Əfəndi olmuşdur. Qəzetin 5 sentyabr 1875-ci tarixli 4-cü nömrəsində “Əkinçi qəzetinin şükrnaməsi” başlığı altında Tabasarandan göndərdiyi, “Məmnun” təxəllüsi ilə yazdığı 7 beytlik bir qəzəli dərc olunmuşdur. Bu “Əkinçi” qəzetində çap olunan ilk ədəbi nümunə, ilk şeir idi. M.H.Əlqədarinin “Əkinçi”dəki ikinci yazısı qəzetin 04.11.1875-ci il tarixli 8-ci nömrəsində dərc olunmuşdur. Burada üç məsələdən söz açılır, hər mövzu ifadə olunan fikrin nəticəsi kimi şeirlə tamamlanır.

  • Birinci xəbərdə Qasım kəndində məktəb açmaq məsələsinin vacibliyindən danışılır.
  • İkinci xəbərdə insanlara bəd əməllərdən uzaq olmaq məsləhət görülür.
  • Üçüncü xəbərdə insanlara həyatda düzgün yol seçmələri tövsiyə olunur.

M.H.Əlqədarinin “Əkinçi”dəki üçüncü yazısı “Məmnun Əlqədari” imzası ilə qəzetin 11 iyun 1876-cı ildəki 11-ci nömrəsində dərc olunmuşdur. Yazıda Əhsənül-Qəvaid ilə Şirvan şairlərinin mübahisələrinə münasibət bildirilir. Yazısının sonunda müəllif bu qənaətə gəlirki, dava-dalaş etsəniz, müvəffəqiyyətsizliyə uğrayıb, hörmətsiz olarsınız.

"Ziya" qəzeti

Əkinçi” qəzeti bağlanadan sonra M.H.Əlqədari “Ziya” qəzetində çıxış etmişdir. Onun “Ziya”dakı ilk yazısı qəzetin 29 noyabr 1879-cu il tarixli 46-cı nömrəsində çap olunmuşdur. “Ziya”dakı yazısı redaksiyanın yönəldici və düşündürücü qeydləri ilə başlayır: “Zeyldəki məktubun (aşağıda göstərilən) mütaliəsi mətləbdən xali olmamağa görə bəeynə (eynilə, dəyişilmədən) qəzetəmizdə dərc olunur” Bu yazı Mirzə Həsən Əfəndinin sürgün həyatı ilə ilgilidir. M.N.Əlqədari “Ziya”dakı ilk məktubunda qəzet vasitəsilə xalqın tərəqqisinə, maarif və mədəniyyyətinin yüksəlməsinə çalışan Səid Ünsizadənin fəaliyyətini yüksək qiymətləndirir, dünyəvi elmlərə yiyələnməkdən ötrü xarici dillərin yaxşı öyrənilməsini vacib və ümdə məsələ hesab edirdi. 

M.H.Əlqədarinin “Ziya”dakı ikinci məktubu qəzetin 1880-ci ildə çıxan 10,11 və 13-cü nömrələrində dərc olunmuşdur. Məktubdan məlum olur ki, M.H.Əlqədari Spaskidə ciddi mütaliə edir, yerli xalqın adət və ənənəsinə aid yazacağı məqalə üçün material toplayır, lakin Azərbaycan dilində çıxan qəzetdə əməkdaşlıq xatirinə bu işi bir qədər təxirə salır: “Spasskidə təvəttün edən (yurd salan) rusların zindəganlığını, yəni rəsm (ərəb mənşəli “rəsm” sözünün 10-dan çox mənası var. Bu sözün buradakı mənası “adət” mənasındadır) və adətlərini və ədəbiyyatı maarifdə nə dərəcə qane olmaqlarını və əxlaq və ədəblərini bilməsi lazım gəlir. Əhvalatları hənuz kənara qoyub, indilik xahişim budur ki, bura müsəlmanları (Tambov quberniyası müsəlmanları) haqqında bir neçə kəlmə “Ziya” qazetinə məlumat verim”.

(Ziya” qəzeti, 07.02.1880-ci il, № 10).

 

Məktubları

Tabasaranül-cənubiyyədən Mirzə Həsən Əlqədari yazır ki:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR