Dərc edildi: Baxış sayı: 480
Mirzə Həsən bəy Mirzə - Oynaşır
Lalә yanağında badi-sәbadәn
Ucu tәr cıqqalı tellәr oynaşır.
Süzgün baxışından xumar gözlәrin
Hiylәlәr, fitnәlәr, fellәr oynaşır.
Cәm olubdur hüsnün, bu vәcahәtin,
Yetmәsin zәvalә çeşmi-afәtin,
Yayınsa bir zaman sәrvi-qamәtin,
Gözüm içrә qanlı sellәr oynaşır.
Boyun yaraşıqda qiyamәt eylәr,
İşvәni, qәmzәni bu babәt eylәr,
Ağ mәmә köynәyә zәrafәt eylәr,
Kәmәr ilә nazik bellәr oynaşır.
Mum tәk incәlmişәm incә belindәn,
Sövdayә düşmüşәm siyәh telindәn,
Titrәdikcә zülfün sәhәr yelindәn,
Sanasan gülşәndә güllәr oynaşır.
Etdikcә vәsfini Mirzә mükәrrәr,
Tazәlәnib ruhum olur müәttәr,
Gülüstanda zülfün kimi müәnbәr
Nә susәnlәr, nә sünbüllәr oynaşır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət