Slimfit
  1. BİOQRAFİYA

Mirzə Haqverdi Səfa

Mirzə Haqverdi Səfa
Sakura

Mirzə Haqverdi Mirzə Əli oğlu Kəbirli -şair, qazı

Mirzə Haqverdi Səfa 1805-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mir Möhsün Nəvvab onun haqqında yazır: "Mərhum Mirzə əlinin oğludur ki, sabiqdə Şuşa qazisi idi. Mirzə Haqverdi ziyadə dəqiq və zərif bir vücud idi və əşarü kəlamından belə anlaşır ki, Şeyx əttar və Şəms Təbrizi kimi böyük və fazil ədiblərin asari-cəlilələrindən feyzü kamalat əxz edib, onların tutduğu təriqü məsləkdə müdavimət edib şer deyərmiş və əşarının çoxusu fars dilində yazılıbdır".

Mirzə Haqverdi Səfa Cəfərqulu xan Nəvanın və Qasım bəy Zakirin həcvlərinə tuş gəlmişdi. O, şeirlərini əsasən fars, ərəb dillərində yazmışdı. Mirzə Haqverdi Səfa 1881-ci ildə vəfat edib.

 

 

Yaradıcılığı

Qəzəlləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR