Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Fətəli Axundzadə - Təcnis

Mirzə Fətəli Axundzadə - Təcnis
Sakura

Mirzə Fətəli Axundzadə - Təcnis

Təcnis hicri 1257-ci, miladi tarixlə 1841-ci ildə yazılmışdır. Bu şeir Axundzadənin Azərbaycan dilində bizə gəlib çatmış ilk bədii əsərlərindəndir. Axundzadə özü şeirdəki cinaslara fars dilində şərhlər vermişdir.

 

Əsiriyəm bir dilbərin ki, əgər
Xəncərlə şan-şan o yana məni, 
Visalından bullam həyati-tazə
Yəqin bil, öldürməz o yara məni. 

Əmən məmən neylər cənnətin narın? 
Düzəxə bənzətməm firqətin narın, 
Rişteyi-can olmuş telindən narın
Dilər eldən: yetir o yara məni. 

Dərdə kimin vardır mən tək davamı. 
Eşqin məriziyəm, sən ver dəvamı. 
Hər aşiqin candır eşqində vamı, 
Göstərməsin malı o yara məni. 

Rəqiblərdən gəlləm sənə divanə, 
Göstərmə rüsxarın sən bu divanə. 
Yolunda bil hər aqilü divanə. 
Salsa çətin dağı o yara məni. 

Ciyərdəndir gözümdən tökdüyüm hər dəm, 
Atəşi-suzandır çəkdiyim hər dəm, 
Can quşunu avaz edəndə hər dəm, 
Oxur zülfündəyəm, o yara məni.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR