Slimfit
  1. ƏDƏBİYYAT

Mirzə Fətəli Axundzadə - Aldanmış kəvakib (II hissə)

Mirzə Fətəli Axundzadə - Aldanmış kəvakib (II hissə)
Sakura

Mirzə Fətəli Axundzadə - Aldanmış kəvakib (II hissə)

- Qəzanın təqdirindən, usta Yusif, bu gün sən bizim padişahımızsan. İranın səltənət təxti bu halda Şah Abbasın vücudundan xalidir. Bizləri sərəfraz və xoşbəxt eləyin, dərbari-şahiyə təşriffərma olun ki, cülusi-hümayun vaqe olsun. Yusif Sərrac kəmali-təhəyyürə düşüb heç bilmədi ki, bu nə vaqiədir. Onun qabağında tamam ərkani-dövlət durmuşdular. Bu səzləri ona mollabaşı deyirdi ki, İranda bir mətin kimsənə hesab olunurdu. Amma keyfiyyət bir mərtəbədə qərib idi ki, Yusif Sərrac onu doğru olmağına, bavücudi ki, gözü ilə görürdü, hərgiz etibar edə bilmirdi. Aqibət məqami-cəvaba gəlib dedi:
- Mənim məxdumum mollabaşı, mən cənabınızı İranda mətin adamlardan hesab edirəm, bilmirəm ki, aya dəli olubsunuz, ya bəng atıbsınız ki, bu qəbil sözləri mənim üzümə deyirsiniz. Mən bir fəqir sərrac babayam. Mən hara, təxtü tac Hara? Vallah, mən anlaya bilmirəm ki, sizin bu hərəkətinizi nəyə həml edəm... Mat və heyran qalmışam. Təvəqqei-çakəranə edirəm ki, mənə sataşmayasınız! Sərdar Zaman xan sözə şüru elədi:
- Usta Yusif, sən bu saatda qibleyi-aləmsən və biz cümləmiz sənin qulun və səgi-asitanən varıq! Sənə çakəranə bizdən təvəqqə etmək münasib deyil, sən xüsrovanə fərmayiş etməyə şayistəsən! Biz nə dəli olmuşuq və nə bəng atmışıq, cümləmiz əqli-səlim və şüuri-kamildə varıq, amma həzrəti-barinin təqdirinə təbdil yoxdur. Bu gün külli-İran mülkündə sənin səltənətin müsəlləmdir. Mollabaşının qovluna görə dərbari-şəhiyə təşrif-fərma olun ki, cülusi-hümayun vaqe olsun. Sonra üzün dörd nəfər hazırda olan pişxidmətlərə tutub dedi ki:
- Xələti-şahanəni gətirən, qibleyi-aləmi geyindirin! Pişxidmətlər əllərində məcməi ilə ki, içində xələti-şahanə qoyulmuşdu, dükana ayaq basdılar, məcməini yerə qoyub şüru etdilər Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələti-şahanəni ona geydirməyə. Müxalifət bir yana çatmazdı. Yusif Sərrac məqami-təslimdə durdu ki, üqəla ez xahişlərini əmələ gətirsinlər. Elə ki, libas geyinmək tamam oldu, miraxur mürəssə rəxtli atı qabağa çəkdi. Yusif Sərracı mindirdilər ata, əsas qərari-sabiq üzrə dərbari-şahiyə rəvanə oldu. Fərraşların küçələrdə "berəvid! berəvid!" səsi hər dəqiqədə ərşə dayandı. Tamam əhli-Qəzvin zükurən və ünasən, səğirən və kəbirən pəncərələrə və damlar üstünə çıxıb nəzzarəyə məşğul oldular və keyfiyyətdən müxbir olmadıqları üçün cümləsi heyrətdə qaldı. Dərbari-şahinin qapısında fərraşlar Yusif Sərracı atdan düşürdülər. Mollabaşı və sərdar Zaman xan qolundan yapışıb kəmali-təzim ilə imarətin otağına daxil etdilər və səltənət təxtinin üstündə oturtdular. Ərkani-dövlət, üləma və sadat, əyan və əşraf və ərbabi-mənasib otağın qabağında səf çəkib əl-əl üstə durdular. Mollabaşı dua oxuyub taci-səltənəti qoydu Yusif Sərracın başına, şəmşir və kəməri-mürəssəini bağladı belinə, cəvahir bazubəndləri asdı qollarından, mükəlləl toppuzu verdi əlinə, genə bir dua oxuyub, üzün xəlqə tutub dedi:
- Mübarəkbad edin! Mübarəkbad sədası xalqdan asimanə bülənd oldu və bargahın imarətlərindən əksi təkrar tapdı. Kərrənayi-şadiyanə başlandı çalınmağa. Bu halda sərayi-şahidən göyə bir fişəng buraxdılar. Bu əlamətə görə, şəhərdən xaric qələ toplarından yüz on tir şənlik topu atdılar. Əgərçi Sədi və hafizdən sonra İranda şer qayətdə tənəz-zülə düşüb şüəranın əşarı küllən biməzmun və məhz puç ləffazlıq olmuşdu, amma genə əlhəmdü-lillah o halda bir neçə nəfər sahibi-cövhər şair peyda oldu ki, bədahətən cülusi-hümayun üçün qəsaidi-qərra inşa edib, Yusif şahın təxtə çıxmağını tərif və özünü hikmətdə - Süleymana, səxavətdə - hatəmə, şücaətdə - Rüstəmə, qüdrətdə - qəza və qədərə təşbeh eləyib nəzərdən keçirdilər və tarixi-cülusunu nüktəsən-cani-Qəzvin belə tapdılar; "Şahi-xuban nəbud Yusifi-ma, Leyk u şahi-mülki-İran şod".* İstinad:
*( Bizim Yusif közəllərin şahı deyildi. Amma İran mulkünun şahı oldu.) Elə ki, bu əmal tamam oldu, mollabaşı xalqa elan etdi ki:
- Mürəxxəssiniz! hamı dərbari-şahidən çıxdı, ancaq Yusif şah qaldı təxtin üstündə, qabağında xacə Mübarək, başqa bir neçə xacə ilə və Əzim bəy pişxidmətbaşı və bir neçə pişxidmət və otaqdan dişrə fərraşlar. Yusif şah təhəyyür aləmində fikrə piçidə OLDU. Bir neçə dəqiqədən sonra xacə Mübarəkə üzün tutub soruşdu:
- Siz kimsiniz? Xacə Mübarək cavab verdi ki:
-Biz sizin çakərani-müxlisiniz; xacəgani-hərəmik, mən buların böyüyü və bular da mənim zirdəstlərimdirlər. Sonra pişxidmətlərə üzün çevirib soruşdu ki:
- Siz kimsiniz? Əzim bəy pişxidmətbaşı cavab verdi ki:
- Biz sizin kəminə nökərləriniz, pişxidmətlərik, mən buların rəisiyəm, bular da mənə tabedirlər. Yusif şah soruşdu ki:
-Bəs o dişqarıda görükənlər kimdir? Əzim bəy cavab verdi ki:
- Olar da firqeyi-fərraşdır ki, həmişə xidmət üçün kə- mərbəstədirlər. Yusif şah buyurdu ki:
- Siz dəxi çölə çıxın. Xacə Mübarək, sənin zirdəstlərin də çölə çıxsınlar, sən qal! Elə ki, hamısı qayib oldu, Yusif şah xacə Mübarəki yanına çağırıb dedi ki:
- Sənin bəşərəndən mən görürəm ki, sən gərək yaxşı adam olasan. Sən allah, mənə söylə görüm ki, bu qəziyyəyə səbəb nədir? Çünki sən həmişə Şah Abbasın əndərununda olubsan, mümkün deyil ki, bu qəziyyə sənə məlum olmasın. Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. Fikir etdi ki, qibleyi-aləmin sualında həqiqəti gizlətmək cayiz deyil. Çünki həmişə şah Abbas oturan otağın qapısının dalında dururdu ki, çağırılan saat xidmət üçün hazır olsun, ona binaən, keçən gündə vaqe olan güzarişi və ərkani-məşvərətin göftgusunu tamam eşitmişdi, əhvalatdan xəbərdar idi. Qəziy-yəni ibtidadan intihayadək Yusif şaha nəql etdi. Yusif şah soruşdu ki:
- Bəs Şah Abbas haradadır? Xacə Mübarək cavab verdi ki:
- Bir gəda libası ilə müləbbəs olub napədid oldu. Mə- lum deyil ki, hardadır. Yusif şah aqil adam idi. Kəvakibdən onun hərgiz qorxusu yox idi. Ancaq bu növ qeyri-mütəarəf təriq ilə tərəqqi etmək onun ürəyinə bir vəhşət və qorxu salırdı. Nəhayət, bir belə cəmaətin vücudu ilə səltənətdən özünü kənar tutmağa əsla çarə görmədi. Naçar ümuri-səltənətin icrasına iqdam etdi. İbtida fərraşbaşı Əsəd bəyi ehzar elədi, buyurdu ki:
- Bu saatda on iki fərraş özünlə götürərsən, gedərsən mollabaşı Axund Səmədi və sərdar Zaman xanı və vəzir Mirzə Möhsünü və müstövfi Mirzə Yəhyanı və münəccimbaşı Sədrəddini və mövlana Cəmaləddini tutarsan, apararsan salarsan Ərkdə olan zindana, qayıdarsan gələrsən, əncami-fərmayişi mənə ərz elərsən! Əsəd bəy baş vurub rəvanə oldu. Sonra Yusif şah pişxid-mətbaşı Əzim bəyi ehzar edib buyurdu ki:
- Tapşır, mənə şam hazır etsinlər ki, bu gün bir zad yeməmişəm. Pişxidmətbaşı ərz elədi ki:
- Tapşırmışam, aşpazlar şam üçün təam hazır etməyə məşğuldurlar. Şah buyurdu ki:
- Bəs sən və xacə Mübarək gəlin otaqları və hərəmxanəni mənə bir-bir göstərin və məlum edin ki, mənim istirahət ota- ğım hansıdır. Pişxidmətbaşı və xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. Əvvəlinci otaqda əlvan fərşlər döşənib, qəribə gül və giyah ilə quş şəkilləri ilə divarı və səqfi münəqqəş olmuşdu. İkinci otaq da habelə fərşlə döşənmişdi və divarlarında Səfəviyyə nəslindən vəfat edən padşahların və namdar şahzadələrin təsviri çəkilmişdi. Üçüncü otağın divarlarında İranın sair silsilədən olan padşahlarının timsalı nəqş olunmuşdu. Dördüncü otağın divarlarında Şahnamədə yazılan İranın qədim pəhləvanlarının və Mazəndəran divlərinin surəti yazılmışdı ki, bir-birlərilə cəng edirdilər. Divlər buynuzlu və quyruqlu çəkilmişdi. Beşinci otağın divarlarında Şah İsmayıl Səfəvi ilə sairlərin mabeynində vaqe olan cənglərin surəti rəqəm olunmuşdu. hərəmxanə otaqlarının cümləsinin divarlarında qız, oğlan şəkli yazılmışdı ki, oğlanlar qızlara gül dəstəsi təarüf edirdilər və qızlar oğlanlara piyalə verirdilər və hər otaqda rəxti-xab hazır idi. Yusif şah hərəmxanə otaqlarının birisini özünün istirahəti üçün müqərrər edib xacə Mübarəkdən soruşdu ki:
- hərəmlərin ziynət otağı hansıdır? Xacə Mübarək ərz elədi ki:
- O başdakı otaqdır. Amma ağzı qıfıllıdır. Açarı san- dıqdar Ağa həsəndədir. Şahın buyruğu ilə pişxidmətbaşı haman saat sandıqları hazır etdi. Ziynət otağının qapısını açdılar, şaha göstərdilər:
bu bir böyük otaq idi; içində hər tərəfdən sandıqlar düzülmüş. Sandıqların qapağını götürdülər, qəribə-qəribə ziynət və zivərləri şaha göstərdilər; o cümlədən giranbaha kişmir şalları, lətif ünas libasları, pakizə ipək parçalar, cəvahiratdan qayrılmış güllər və guşvarələr və üzüklər və mümtaz mirvariddən boyunbağılar idi. Yusif şahın üç qızı var idi:
böyüyü on dörd yaşında, ortancısı on iki yaşında, kiçiyi səkkiz yaşında və iki oğlu var idi:
altı yaşında və dörd yaşında. Qızlarının hər birinə bir gül və bir cüt guşvarə və bir üzük və bir boyunbağı və bir dəst libas və bir rizayi şal və övrətinə bir dəst libas və bir rizayi şal ayırdı, xacə Mübarəkə təslim etdi, buyurdu ki:
- Bunları apararsan Qəzvinin ikinci küçəsində mənim qədimi evimdə övrətimə yetirərsən. Deyərsən ki, mənim cəhətimdən əndişə etməsin, sabah oğlanlarımı hüzura göndərsin. Xacə Mübarək şeyləri iki nəfər fərraşa götürdüb getdi. Bu vaxt gün qürub etdi. Pişxidmətbaşının təklifi ilə şah qayıtdı əvvəlinci otağa. Qızıl şamdanlar yanmışdı. Süfrə döşənmişdi. Şah əvvəl vüzu edib şam və xüftən namazını əda etdi, sonra süfrə üstündə oturdu. Pişxidmətlər rəngarəng təamlar hazır etdilər. Şah yedi, doydu, süfrə yığıldı. Aftaba-ləgən gəldi, şah əlini yudu. Qəhvə gətirdilər, içdi. Qəlyan verdilər, çəkdi. Bu halda fərraşbaşı Əsəd bəy daxil olub fərmayişi bitirdiyini ərz etdi. Şah buyurdu ki:
- Çox yaxşı, mürəxxəssən! Sonra xacə Mübarək qayıdıb şeyləri yetirməyini ərz elədi və dedi ki:
- Şahın övrəti və qızları göndərilən töhfələrdən qayətdə vəcd etdilər. Nəinki onun cəhətindən əndişə etmirlər, bəlkə bu qəziyeyi-qeyri-mütərəqqibədən çox sevinirlər və şadlıqdan tullanıb-düşürlər. Şah övrət-uşağı tərəfindən xatircəm oldu. Xacə Mübarəkdən və pişxidmətbaşıdan bir para əhvalat soruşdu. Gecədən dörd saat keçdi. Ayağa durub xabgahına gəldi; rəxti-xabını saldılar. Pişxidmətbaşıya buyurdu ki:
- Qaravul müvəkkillərinə tapşır:
qərari-sabiq üzrə hər yerdə qaravul qoysunlar. Sonra rəxti-xabına girib yatdı. Pişxidmətbaşı və xacə Mübarək çıxdılar. hər birisi öz məqamına getdi. Sabahı gün Yusif şah salam otağına təşrif gətirib Molla Rəməzanı və Qurban bəyi və Mirzə Cəlili və Mirzə Zəkini ki, onun dostlarından idilər və şahın olara hər xüsusda vüsuqu var idi, ehzar elədi, mənsəbi-mollabaşılığı verdi Molla Rəməzana, sərdarlığı həvalə elədi Qurban bəyə, xanlıq ləqəbilə vəzarəti tapşırdı Mirzə Cəlilə, müstövfiliyi Mirzə Zəkiyə, münəccimbaşılıq mənsəbini bilmərrə mətruk etdi ki, dövlətə və millətə zərərdən başqa bir faydası yox idi. Buyurdu tamam vilayət hakimlərinə elamnamə və hökmi-müəkkəd göndərilsin ki, bu gündən sonra hərgiz cürət etməsinlər ki, biduni-təcvizi-şəri-şərif bir müsəlmanı mövridi-müaxizəyə gətirsinlər və bacarmasınlar ki, məhz həvayi-nəfsləri ilə bir kəsi cərimə edələr və ya qətlə gətirələr və ya burun-qulağın kəsələr, gözün çıxardalar və hökmdən əlavə hər vilayətə mötəmid baxıcılar təyin oldu ki, gedib vilayətlərin əhvalından və xalqın həvaicindən xəbərdar olub, gəlib ərz etsinlər. Yusif şah bu baxıcıları hüzura istəyib dedi ki:
- hakimi-vilayətlərə mənim tərəfimdən elam edərsiniz ki, allahdan qorxsunlar, nahaq iş tutmasınlar, xalqı talayıb dağıtmasınlar, rüşvət almasınlar; yəqin bilsinlər ki, bu növ hərəkət axırda oların özlərinin bədbəxtliyinə və həlakətinə bais olur. Olar mükərrər müşahidə ediblər ki, bu növ rəftar ilə dövlət cəm edən kəslər axırda baş veriblər və ya kəmali-bədbəxtliyə və zillətə və məskənətə düşüblər. İranda bu növ ilə cəm olunan dövlətin hərgiz heç bir xanədanda davamı olmayıbdır. hanı damqanlı Cəfər xanın kürurları? hanı Səlim xan Qaragözlünün dövləti? hanı şirazlı Mirzə Nağının əmlakı? Padişahani-İran həmişə vəqta ki, bir sahibi-mənsəbi mülahizə edirlər ki, pul cəm edib, sərvətə çatıbdır, haman saat bir bəhanə ilə onu məqami-müaxizəyə gətirirlər, hər nə vardır əlindən alırlar, özün həlak edirlər və ya zillətə və məskənətə salırlar. Bu əmrdə hakimi-vilayətlər, şəbihdirlər zəlilərə ki, qan sorub şişdikdə, sahibi oları sıxar, tamam sorduqları qanı qusarlar. Kimisi bu cəhətdən ölür və kimisi zəif və lağər olur. Fəəmma əgər hakimlər niknəfəs olub və öz həlal rizqlərinə qane olalar, həmişə öz dərəcələrində baqi və xalq nəzərində müəzzəz və səlatin niyyətində mükərrəm olacaqlar və günbəgün rütbələri izdiyad behəm edəcək. Bu sezləri təlqin edəndən sonra şah baxıcıları buraxdı. Sonra buyurdu xirac məbləği mötədil miqdaradək təxfif tapsın və əmr etdi ki, hər yerdə yollar təmir olunsun və lazım məqamlarda və mənzillərdə körpülər və karvansaralar tikilsin və hər vilayətdə şəfaxanələr qayrılsın və mədrəsələr açılsın və susuz yerlərə su çıxarılsın, dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin və vilayətlərdə hər bisərüpa özbaşına özünü üləma silkinə daxil etməsin, bu xüsusda mollabaşıdan icazət istəsinlər və sinfi-üləma hər yerdə xalqın ehtiyacına kifayət edən miqdardan ziyadə olmasın və külli-üləmaya güzəran kifafınca xəzineyi-amirədən vəzifə qərərdad etdi ki, səltənətə möhtac olub ərbabi-mənasibi xidməti-şahidə əhli-zələmə xitab etməsinlər və əmri-mürafiəni ki, səltənətin ümdə ləvazimatındadır, üləmanın əlindən alıb ərbabi-mənasibin süləhasına vagüzar elədi ki, millət mürafiə cəhətindən özlərini üləmaya möhtac görüb ancaq oları mərcə bilməsinlər və səltənətdən uzaq düşməsinlər və buyurdu ki:
vücuhi-bərr hər yerdə süləhadan dörd nəfərə müntəqil olub vilayatın füqərasına dəftər üzü ilə sərf olunsun və hesabı divana göstərilsin; ta ki, füqəranın bəzi vücuhi-bərrdən bəhrəyab olub, bəzisi məhrum qalmasın və əmr etdi ki, xüms və imam malı verilməsin ta övladi-rəsul-əley-hüssəlam zilləti-sualdan azad olub sair xalq kimi öz kəsbləri ilə vəchi-məişət təhsil etsinlər. Bu xüsusda mötəbər üləma Yusif şaha kütubi-fiqhdən fitvalar çıxardıb göstərdilər. Və vilayətlərə elamnamələr göndərdi ki, bundan sonra bir kimsənə cürət etməsin ki, şaha və ümənayi-dövlətə və çakərani-dərgaha peşkəş versin və payəndaz salsın və heç kəs peşkəş vasitəsilə hökumət tapmağı təmənna etməsin, ancaq öz ixlasını və hüsni-xidmətini bu mətləbin təhsilinə vəsilə bilsin və maliyyati-divan hər vilayətdə əmin şəxslərə təslim olunub xəzinə ismilə hər yerdə dursun və məsarifi-səltənət dəftəri üzilə təyin tapıb lazım olan övqatda hər yerin xəzinəsinə həvalə olunsun və rəaya bilkülliyyə həvaləcati-məsarifədən asudəhal qalsınlar. Və dəxi mədaxili-səltənətin izdiyadı üçün qərar qoydu ki, tacirlər və bəyzadələr və xanzadələr və şahzadələr, hətta üləma və sadat və sair sinfi xalq mədaxili-əmlakdan şəhərlərdə ondan bir, dehatda iyirmidən bir xəzinəyə versinlər və qoşun xalqının və əhli-xidmətin məvacibi əsla lavüsul qalmasın ki, səltənətin nəqsidir; bəlkə həmişə vilayət xəzinələrindən bilatəxir mücra olunsun. Və bey və şəra olunan əmlakın qiymətindən dəxi xəzinənin nəfi üçün tümənə beş şahı vəz olunsun və qaideyi-beyü-şəra tərk olunsun ki, tənxah sahibləri bu qaydanın vücudu ilə rəhn alıb borc verməyə mail olmadıqları üçün ərbabi-həvaici müztər edirlər ki, mülk və mallarını ədna qiymətə beyi-şəra etsinlər, bu ümid ilə ki, vədə başında ər-babi-həvaic mülk və mallarının istirdadından aciz ola-caqlar. Çün Yusif şah bilirdi ki, miraxur yay fəsli padşahlıq atları yaylağa aparıb bəsləmək bəhanəsi ilə ətraf xalqına çox əziyyət və cəfalar yetirirdi və oları çapırdı, talayırdı və əmiri-topxanə topçuların cümləsinə xəzinədən məvacib götürüb heç birisinə bir həbbə vermirdi və xəzinədar padşahlıq pulun içinə çox qəlp pul qatıb xalqa dağıdırdı və Qəzvin bəylərbəyisi xalqdan hədsiz rüşvət alırdı və daruğə dövlət-lilərə füqəranın müqabilində üz görürdü, kətxudalar Qəzvinin küçələrini natəmiz saxlayırdılar, cümləsini məzul edib, yerlərinə ezünə məruf olan şayistə adamlar təyin buyurdu. Mollabaşı Axund Səməd Ərkin zindanında zindanbandan eşitdi ki, onun mənsəbini həmçeşmi Molla Raməzana veriblər, qüssəsindən ficətən həlak oldu. Yusif şah dəxi əmr etdi ki, Qəzvinin küçələri genəlsin və içində hər yerdə zahir olan quyular örtülsün ki, gəlib-gedənlər olara düşməkdən məhfuz olsunlar və xalqın ərzinə qulaq asmağa və dadına yetişməyə qayda və qərar qoydu və buyurdu ki, Qəzvinin füqərasına bahalıq cəhətilə padşahlıq ambarından buğda verilsin və sahibi-vüquf adamlardan və mahir kənkanlardan bir məclisi-məşvərət bərpa olub Qəzvinə su çıxar-maq üçün köftgu olunsun və tədbir və dəsturüləməl təhrir olunub nəzərə yetişsin. Bu vaxtda Qolland taifəsindən bir parası fars xəlicinin qürbündə bir məhəldə sükna etmişdilər. Bu günlərdə oradan bir elçi əmələsi ilə Qəzvinə varid oldu ki, İran dövləti ilə mabeynlərdə ticarət üçün şürut bağlasınlar. Elçini əmələsi ilə Yusif şahın hüzuruna yetirdilər. Onun nəvazişatından və əql və fərasətindən və qaideyi-cahandarlığından elçi və əmələsi vəcd etdilər. Bilkülliyyə məramlarına nail olub tühəf və hədaya ilə mürəxxəs oldular və kəmali-rizaməndlikdə müavidət elədilər. Yusif şahın cülusundan bir həftə keçdi. Hər gün onun həsənatından və ədalətindən növ-növ əlamətlər xalqa zahir olurdu. İran üçün əyyami-firuzluq, əyyami-səadət və iqbal üz verdi. Lakin çifayda, bəni-növi-bəşər heç vaxt yaxşı günə dözməz. Bizim babamız Adəmə və anamız həvvaya cənnətdə nə əksik idi ki, genə allahın əmrini sındırdılar və cənnətdən qovuldular? İnsan belədir! Əhli-Qəzvin hər gün qələ qapılarından adam şaqqalarını asılmış görmədilər və şah meydanında cəlladların adam şaqqalamaqlarını və dardan asmaqlarını və göz çıxarmaqlarını müşahidə etmədilər. Bu keyfiyyət olara xeyli qərib köründü. Əvvəl dedilər ki:
"Görünür bu təzə padşah çox rəhmli və helmli adamdır!" Sonra onun rəhminə və helminə bəhslər varid etdilər. Bunu süst-rəyliyə və zəifülmizaclığa həml qıldılar. Bundan əlavə dəxi Yusif şahda hezar gunə özgə eyblər tapdılar. Müxtəsəri-kəlam bir belə ziyadə rəhmli padşahın təhti-əmrində zindəkanlıq etmək nəhayət dərəcədə məlal-əfza göründü. Ümənayi-məzul xalqın bu növ niyyətini istinbat etdilər və onu qənimət bilməyə fürsəti fövt etmədilər. hər birisinin başına şuriş və tuğyan xəyalı düşdü və tezliklə Qəzvində şurişi-əzim bərpa oldu. Şurişin əvvəlimci səbəbi məzul miraxur idi ki, küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu:
- Sən allah, Mirzə həbib, de görüm xalq bizim təzə pad- şahımızın haqqında nə danışır? Mirzə həbib cavab verdi ki:
- Xalqın təzə padşahdan zəhləsi gedir. Onu süstrəy və bikarə bilirlər. Miraxur:
- Vallah, Mirzə həbib, xalq bizdən əqillidir. Doğru deyirlər. Sən allah, bu necə əhməqlik idi ki, biz elədik? Bir sərraci-birütbəni gətirib özümüzə padşah qayırdıq, başımıza bəla açdıq. Qulluğumuzun və ixlasımızın əvəzində mənsəbimizi də əlimizdən aldı. İndi vilayət içində bir itcə abrumuz yoxdur. Vallah, belə rusvaylıq olmaz ki, biz tutduq... Xəzinədar:
- Məgər biz onu padşah elədik! Şah Abbas belə buyurdu; carəmiz nə idi? Miraxur:
- Xub, Şah Abbas o vaxt padşah idi, hökmü bizə rəvan idi. İndi ki, Şah Abbas yoxdur, aya bizə nə manedir ki, bu məlun və bidini ki, deyirlər tənasüxi məzhəbdir, təxtdən aşağı salaq, tələf edək, sonra Səfəviyyə nəslindən bir şahzadəni təxtə oturdaq ki, bari nəcabətinə görə təxtü taca səzavar olsun?! Xəzinədar:
- Çox yaxşı danışırsan! Bu xüsusda bilkülliyyə mən səninlə müvafiqəm. Amma biz iki adamın əlindən nə gələr? Gedək əmiri-topxanənin yanına, onun rəyini dəxi hasil edək. Axı, o da bizim kimi məzullardandır. hər ikisi getdilər əmiri-topxanənin otağına. Əmiri-topxanə oların gəlməyindən çox xoşhal oldu. Qayət şövq ilə sözlərinə qulaq asdı. Bilkülliyyə olar ilə şuriş xüsusunda müttəfiq olub dedi ki:
- Bu iş süvarilərin sərkərdəsi Bağır xanın rizası olmamış surət tapmaz. Əmiri-topxanə:
- Bağır xan mənim ilə çox yeganə dostdur. Mən boynuma çəkirəm ki, onu bu əmrdə özümüzə yoldaş edəm. Ona deyəcəyəm ki, bu bidin Yusif şahın əyyami-səltənətində laməhalə bizim başımıza gələn qəziyyə onun da başına gələcək. Vaxt ikən əlacını eləmək gərək. Yəqinimdir ki, bu söz Bağır xana əsər edəcək, çünki dünən səlami-ammdə şah ona qəzəbnak olub sərzəniş edibdir ki, çaxır içib, məst olub, namaz qılmağa məscidə daxil olubdur. Əgər Bağır xan bu əmrə razı olsa, piyadələrin sərkərdəsi Fərəc xan dəxi razı olacaq. Çünki Fərəc xan Bağır xanın əmisi oğlu və damadıdır. heç bir əmrdə onun rəyinə müxalifət etməz. Amma siz durun, gedin Qəzvinin köhnə bəylərbəyisinin yanına. Onu dəxi razı edin, boynuna qoyun ki, məzul daruğə və kəndxudalarla bu xüsusda göftgu etməyi və onların rəyini ələ almağı təəhhüd etsin. Müfəttinlər bir-birlərindən ayrıldılar. hər birisi getdi iş görməyə. Mətləb çox tez hasil oldu. Üç-dörd günün müddətində hamı müntəxəb olunan kəslər göründü və hamısı şurişə meyl və amadəlik göstərdilər. Müfəttinlər qərar qoydular ki:
- Şənbə günü sübhdən padşahlıq sarayını əhatə etsinlər və içəri daxil olub Yusif şahı təxtdən yerə salıb həlak eləsinlər. Sonra özlərinə Səfəviyyə nəslindən bir təzə padşah tiksinlər. Müqərrər olunan günün sübh çağında ki, hələ padşahlıq sarayının qapıları açılmamışdı, gülli süvari və piyadə tamam müsəlləh onun ətrafını bürüdülər... Yusif şah keyfiyyətdən xəbərdar olub buyurdu ki:
- Sarayın qapılarını açmasınlar. Bu günə namünasib hərəkatı Yusif şah mollabaşiyi-sabiq Axund Səmədin, sərdar Zaman xanın və vəzir Mirzə Möhsünün və müstövfi Mirza Yəhyanın və münəccimbaşının və mövlana Cəmaləddinin tərəfindən ki, əşxasi-sahib qüdrət və aşkara onun bədxahları idilər, mənzur edirdi. Ona binaən cülusunun ibtidasında ehtiyat yolundan lazım bilib oları həbsə saldırdı. Amma məhləkə özgə tərəfdən açıldı. Bu halda Yusif şahın dəxi həvaxahları xəbərdar olub müsəlləh və kəsrət və izdiham ilə sərayi-şahiyə anən-fəanən üz qoymağa başladılar. Müfəttinlər ilə müqabil durub nəsihət və mövizəyə şüru etdilər ki, bu hərəkəti tərk etsinlər; fayda-pəzir olmadı; iş islah və müdaradan keçdi; başladılar bir-birləri ilə atışmağa və cəng etməyə. Qiyamət bərpa oldu. hər səbəb rəf olubdur. Biz bilirik ki, o, harada gizlənibdir. Gedək gətirək, imarətinə yetirək! hamısı ayağa durub gəldilər Şah Abbas gizlənən evə. Onu oradan çıxardıb yetirdilər sərayi-şahiyə, təxtü tacına əvvəlki kimi malik oldu. hər iş qərari-sabiq üzrə surət tapdı, guya ki, heç bir hadisə vaqe olmamışdı. Bu kəvakibin həmaqətinə mən təəccüb edirəm ki, necə bilmədilər iranilər oları aldadırlar? Yusif Sərrac hərgiz İranın şahı deyil idi. İranilər onu hiylə üzündən padşahi-məsnu eləmişdilər. Belə sadəlik olurmu ki, kəvakib özlərini iranilərə aldadıb biçarə və bitəqsir Yusif Sərracı bədbəxt etdilər? Şah Abbası kənar qoyub qırx il sərasər onun səffaklığına və cəbbarlığına bietina nazir oldular? Şah Abbas cəbbarlığının ədna əlaməti bu idi ki, bir oğlunu öldürdu, ikisinin dəxi gözünü çıxartdı. Dəxi oğlu yox idi, nəvəsi ona varis oldu. Amma kəvakibi də qınamaq [yeri] yoxdur. Şah Abbasın xudi-şəxsinə nisbətən kəvakibin bir ədavəti yox idi. Olara lazım idi ki, novruzdan on beş gün keçmiş İran səltənətinin təxtindən bir şəxsi aşağı salıb bədbəxt etsinlər. Bu vaxt da İran səltənətinin təxtində oturmuşdu Yusif Sərrac. Ona binaən kəvakib onu aşağı salıb bədbəxt etdilər. Kəvakibin hərgiz xəyalından xütur etməzdi ki, iranilər oları aldadacaqlar, padşahi-həqiqinin əvəzinə padşahi-məsnuu oların sədəməsinin altına salacaqlar... Vallah, qəribə əhməqdirlər bu ingilis tayfası ki, belə xətərli millət ilə az qalmışdı cənk başlayalar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR